Menu
Geri İrəli

Azərbaycanlı deputat: “Niyə o şişdən bizdə yoxdur?”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 500 dəfə • 1 şərh

Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb. Lent.az-ın məlumatına görə, çıxış edən deputat Sahib Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu bildirib.

O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: “Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, “millidir” deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun”.

Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.

Sahib

Facebook Şərhləndirmə:

“Azərbaycanlı deputat: “Niyə o şişdən bizdə yoxdur?”” yazısına bir cavab

  1. Rəhman ORXAN. deyir:

    Ayıbdır, çox ayıbdır! Utanmaq lazımdır, cənab deputat, utanmaq! Gör bir səni nə düşündürür, nə narahat edir?!. Kabab və şiş! Mədəni (qarnını) düşünürsən, depu-TAT! Bir milyon qaçqınımız yurdundan-yuvasından didərgin düşüb, ermənilər 20 % torpağımızı işğal edib, üstündə at oynadır, eşşək oynadır, it ulatdırır, sən də (sənə daha “Siz” demək olmaz!) qarın davası, şiş davası döyürsən. Qarabağlı qadınlar bunu eşitsə, deyəcəklər ki, o kabab istəyən qarnına şiş batsın! Xalq səni ona görə seçib ki, millətin dərdini yox, qarın dərdi çəkəsən? Ayıb olsun! Belə bir biabırçı təkliflə çıxış deputatlarda gülüş yox, acı göz yaşları doğurmalıydı. Özün iç üzünü açdın, hansı mənəviyyatın sahibi olduğunu göstərdin, özünü el içində biabır etdin. Başqa çıxış, nicat yolun yoxdur – deputat mandatını könüllü olaraq geri qaytarmağın məsləhətdir. Ar olsun sənə!

    Hörmət etmədən: Rəhman Orxan.

Şərhinizi yazın