Menu
Geri İrəli

Azərbaycanlı qız üçün kampaniya başladı – 136 min manat – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2017 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanlı qız üçün kampaniya başladı - 136 min manat - FOTO

27 yaşlı Ülviyyə Müzəffərova yaşamaq istəyir. Onun həyata keçirmək istədiyi arzuları, xəyalları var. Lakin Ülviyyənin tutulduğu xəstəlik onun ölümünü hər gün, hər saat yaxınlaşdırır. 27 yaşlı qızın həyatda qala bilməsi üçün 80 min ABŞ dollarına ehtiyac var.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Ülviyyə kəskin limfoblast leykozundan əziyyət çəkir. İki il ərzində (2014-cü il may – 2016-cı il may) Bakıda müalicə almağına baxmayaraq oktyabr ayında residiv müşahidə olunub.

Müalicə üçün Türkiyəyə aparılan Ülviyyənin ilkin müayinə, müalicə və ilik nəqli əməliyyatı həyata keçirilməsi üçün 80 min ABŞ dolları (136 min AZN) lazımdır.

Ülviyyənin yaxınları gənc qızın müalicəsi üçün lazım olan məbləğin yüksək olduğunu nəzərə alaraq hər kəsdən kömək etməyi xahiş edir.

Ülviyyə yaşamaq istəyir, onun həyatını birlikdə xilas edə bilərik.

Ödəmə terminallarından – Bank Respublika – Seriya AZE 05755133
HESAB AZN – 380194 401153 504401
Müzəffərova Hicran Nəbi qızı
Əlaqə nömrəsi: Anası – Hicran xanım – 050 415 71 32

Azərbaycanlı qız üçün kampaniya başladı – 136 min manat – FOTO Azərbaycanlı qız üçün kampaniya başladı - 136 min manat - FOTO

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın