Menu
Geri İrəli

“Azərikimya” Sumqayıtda iftar süfrəsi təşkil edib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 486 dəfə • Şərh yoxdur

edb4a329-3f09-4a14-b909-3201fa65aaa1 (1)“Azərikimya” İstehsalat Birliyi şəhid ailələri, əlillər, müharibə veteranları, öz yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri və aztəminatlı ailələr üçün iftar süfrələri təşkil edib.

Birlikdən “Report”a verilən məlumata görə, Sumqayıt şəhərindəki bir sıra mikrorayon və məhəllələrdə keçirilmiş tədbirdə yüzlərlə insan iştirak edib.

Mərasimin təşkilində Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülərinin də böyük əməyi olub.

Tədbir iştirakçıları xeyirxah aksiyaya görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu bərabərlik və paylaşma ayında onlarla bir yerdə olduqlarından məmnunluq hissi kecirdiklərini dilə gətiriblər.

Qeyd edək ki, “Azərikimya” Ramazan ayının sonuna qədər iftar süfrələri təşkil edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın