Menu
Geri İrəli

Bakı-Sumqayıt elektrik qatarlarında bir gündə 5000 sərnişin daşınır

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur
Share Button

qatarBakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artır.

“Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirilib ki, bu il noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artmağa başlayıb. Araşdırmalar göstərir ki, əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-i keçib.

Onun sözlərinə görə, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.

Xırdalan stansiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib istifadəyə verilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın