Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarının bir milyonuncu sərnişini bəlli oldu FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2017 • Baxış sayı: 1,321 dəfə • Şərh yoxdur

siaphoto_586019Bu gün Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən bir milyonuncu sərnişin müəyyənləşib. SİA-nın məlumatına görə, biletin sahibi Bakı Dövlət Universitetinin tələbəsi Leyla Hüseynzadə olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov L.Hüseynzadəni bir milyonuncu sərnişin olması münasibətilə qurum rəhbərliyi adından təbrik edib. Bildirib ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova L.Hüseynzadəyə biznes-klass vaqonunda iki ay ərzində pulsuz gediş sertifikatı və hədiyyələr təqdim edib.

Sonra bir milyonuncu sərnişin KİV və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 2015-ci il sentyabr 12-də hərəkətə başlayıb. “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın