Menu
Geri İrəli

Bakıda 400-dən çox mağazada endirim olacaq (ÜNVANLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2017 • Baxış sayı: 76 dəfə • Şərh yoxdur
Share Button

1507805975_magaza“Yerli əhalinin və turistlərin ikinci Bakı Şopinq Festivalında iştirakı onlara bir çox əlverişli fürsətlər qazandıracaq.”

BAKU.WS-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 15-dən noyabrın 15-dək Bakıda təşkil olunacaq II Şopinq Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, II Şopinq Festivalında iştirak etmək üçün 467 müəssisə qeydiyyatdan keçib, iştirakçıların sayı isə 578-dir.

Mədəniyyət və Turzim Nazirliyindən BAKU.WS—verilən məlumatda qeyd olunur ki, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər.

Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

Əvvəlcə alış-veriş et, sonra pulunu geri al!

“Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər.

Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər.

Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur.

ÜNVANLAR:

ARMANI JUNIOR - Nefçilər prospekti 9ABakı

Absheron Cafe Lounge (Non Tax-Free) - Neftçiler 135Baku

Alma Store - Səməd Vurğun 31ABaku

BAHAR OPTICS - Gənclik Mall, Bakı

BAHAR OPTICS - Metro Park, Bakı

BESTEL2/15, - Shixali Gurbanov, Bakı

BESTEL - 28 may küçəsi 40, Bakı

BYT Shoes - MetroparkBaku

BYT Shoes - Park BulvarBaku

Baku Electronics - Fətəliyev 178 CBaku

Baku Electronics - Sharifzadeh 3152-ciBaku

Buta Aptek - 28 MallBaku

CHICCO 28 - MALL28 mallBakı

CHICCO PB - 
Port Baku MallBakı

Digər ünvanlarla bu linkdən tanış ola bilərsiniz.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın