Menu
Geri İrəli

Bakıdan ən ucuz qiymətə necə uçaq? – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

ayraportYay fəsli yaxınlaşdıqca insanlar, xüsusilə də ağır iş aylarının yorğunluğunu çıxarmaq istəyənlər yavaş-yavaş istirahət planını qurmağa başlayırlar. Tətilini ölkə xaricində planlaşdıranların çoxunun edəcəyi ilk iş getmək istədiyi yer üçün ən sərfəli aviabilet axtarışına çıxmaqdır.

Lakin çox zaman ölkə vətəndaşları müxtəlif turizm agentliklərinin dələduzluğunun qurbanı olurlar. Hətta bununla bağlı AZAL aviaşirkəti ölkə əhalisinə xəbərdarlıq da edib. Şirkət rəsmiləri xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.

Bildiyimiz kimi, artıq aşağı qiymətlərlə uçuşlar təşkil edən Macarıstanın “Wizz Air” və Türkiyənin “Pegasus” aviaşirkətləri Azərbaycan bazarına gəliblər. “Pegasus” İstanbul-Qəbələ, “Wizz Air” isə Budabeşt-Bakı marşrutu üzrə ucuz reyslər təşkil edir.

Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC AZALJET xidmətlərini təqdim edərək müxtəlif istiqamətlərə ucuz qiymətə uçuş şansı yaradıb.

Ölkəmizdən uçuşu planlaşdırılan ən sərfəli avia tariflərin siyahısını tutmağa çalışdıq.

“Pegasus” aviaşirkəti ilə 30 iyul tarixində bəzi şəhərlərə uçuş qiymətləri:

Qəbələ – Antalya 47,99 avro;

Qəbələ – İstanbul 30.99 avro;

Qəbələ – Moskva: 94 avro;

Qəbələ – Milan: 59 avro .

Bakıdan “Qəbələ” hava limanına getmək üçün şirkət xüsusi avtobuslar da təşkil edib. Bu istiqamətə qiymət bilet agentliklərdən alınarkən 15 AZN (tək gediş), 19 AZN (gediş-gəliş), onlayn isə 19 AZN təşkil edir (tək gediş). Bakı Beynalxalq avtovağzalından Qəbələyə gediş haqqı isə 5 manatdır.

Osloya uçuşlar iyul ayından başlayaraq hər həftənin şənbə günü təşkil olunacaq. Həmin müddət ərzində ən sərfəli qiymət isə 9 iyul tarixina təsadüf edir. Qiymət: 102 avro

“Wizz Air” aviaşirkəti isə yay aylarında yalnız Bakıdan Budapeştə uçuşlar təşkil edir. 30 iyul tarixinə bilet olmasa da, digər günlər üçün ekonom sinfinə 50, biznes sinfinə isə 116,50 avroya biletlər var.

AZAL-da isə həmin tarixdə Budapeştə uçuşları Air France xidməti təşkil edir. Belə ki, uçuş biletlərinin təktərəfli ekanom qiyməti 353 avro, biznes isə 1004 avrodur.

Əvvəllər də xəbər verdiyimiz kimi, şirkət yay ayları üçün AZALJET xidmət paketini də hazırlayıb. Belə ki, Moskva və İstanbula sərfəli səyahət etmək istəyən vətəndaşlar təşkil olunan təktərəfli 49 avroluq uçuşlardan yararlana bilər.

Bütün tarif və yığımlar biletin qiymətinə daxildir. Bu tariflərə hava gəmisində qidalanma daxil deyil və yalnız əl yükünün daşınmasına icazə verilir (8 kiloqramadək çəkidə əl yükü daxildir). Uçuşdan ən azı 3 saat əvvəl hər bir baqaj vahidinə (23 kiloqrama qədər çəkidə) görə 20 avro məbləğində əvvəlcədən ödəniş tələb edilir. Baqaja görə ödəniş göstərilən vaxtdan gec həyata keçirildiyi halda əlavə 5 avro ödəniş tələb edilir.

Günel Hacı

Bakıdan ən ucuz qiymətə necə uçaq?  -  Siyahı
Bakıdan ən ucuz qiymətə necə uçaq?  -  Siyahı
Bakıdan ən ucuz qiymətə necə uçaq?  -  Siyahı
Bakıdan ən ucuz qiymətə necə uçaq?  -  Siyahı
Bakıdan ən ucuz qiymətə necə uçaq?  -  Siyahı
Bakıdan ən ucuz qiymətə necə uçaq?  -  Siyahı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın