Menu
Geri İrəli

“Belə uşaqları bağçadan uzaqlaşdırmaq lazımdır” – Bağça seçimində nələrə diqqət etməli?

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2017 • Baxış sayı: 235 dəfə • Şərh yoxdur
Share Button
bagcaUşaqların bağçaya qoyulması, valideynlər üçün ən ağır mərhələlərdən biridir. Hansı bağçanı seçim, övladımı məkana necə adabtasiya edim və s. Bu kimi suallar hər bir valideyni maraqlandırır. Hətta bəzən bu suallar artıq elə böyük problemə çevrilir ki analar çəkinir və bağçadan imtina edirlər.
Medicina.az-a açıqlama verən pediatr Günay Rəsulova uşaqların iki yaşdan sonra bağçaya qoyulmasını düzgün sayır: “Bağça üçün 2.5-3 yaş nəzərdə tutulur. Sərbəst danışan, yeməyini sərbəst yeməyi bacaran uşaqların artıq bağçaya getməsinə icazə vermək lazımdır”.
“Bağça seçimində nələrə diqqət yetirməliyik” sualına cavab verən Gunay xanım, gərəkli nüansları diqqətə çatdırıb: “Bağça seçimində valideynlər əlbəttə ilk növbədə orada olan nizam- intizama, səliqəyə, qidalanma menyusuna, bağçanın günlük rejiminin düzgün qurulub -qurulmamasına, həyətyanı sahəsinin olmasına, evə yaxın yerləşməsinə, dayə və müəllimələrin uşaqlara qarşı səbrli, diqqətli və qayğıkeş davranıb-davranmamasına fikir verməlidirlər. Bağçaya getmək uşağın psixoloji, fiziki və nitq inkişafına müsbət stimuldur. Bağçada uşaqlar evdən fərqli rejimlə qidalanır, mənasız ara öyün yeməklərini yemir, vaxtında yatır və bol oyun oynayır, sosiallaşırlar”.
Əksər zaman bağçaya yeni gedən uşaqların bu mühitə alışması bir az zaman alır. İlk vaxtlar uşaqlar ağlayır, yemək yemək, yatmaq istəmir, uşaqlarla oynamır və.s. Pediatr bu reaksiyanın təbii hal olduğunu və çox vaxt zamanla düzəldiyini vurğulayıb. “Lakin az da olsa elə uşaqlar olur ki, heç cür bağçaya alışmır. “Atılmışlıq duyğusu” ilə özünə qapanmağa başlayır ki, belə uşaqlar bağçadan uzaqlaşdırılmağı məsləhətdir”-deyə G.Rəsulova bildirib.
Adaptasiya müddətindən də bəhs edən həkim valideynlərə bu barədə məsləhətlər verib: “Adaptasiya müddəti adətən ən çox 1-2 ay çəkir. Bu müddətdə valideyn bir az soyuqqanlı olmalı, səbirlə işi zamana buraxmalıdır. Uşağı bağçaya alışdırmaq üçün ilk vaxtlar yarım gün (gündüz yuxusuna qədər) qalmaqla olmalıdır. Get -gedə bu müddət uzadılmalıdır”.
Göstərilən faktorlardan başqa bağçaya gedən uşağın sağlamlığına xüsusi diqqət yetirmək lazımdır. Pediatr bağçaya getməzdən öncə uşaqların tam peyvəndlərini vurdurmuş olmasını məsləhət edərək, yarana biləcək xəstəliklərdən də danışıb.
“Bağçaya gedən uşaqlar ildə 7-8 dəfə üst tənəffüs yolu infeksiyası keçirə bilər ki valideyn bu hala psixoloji olaraq hazırlıqlı olmalıdırlar. Xəstələnmə halları hər dəfəsində ağırlaşma və fəsadlarla nəticələnmirsə mümkün olduğunca bu uşaqlar bağçadan uzaqlaşdırılmamalıdır” –deyə Rəsulova qeyd edib.
Şəhanə Quliyeva
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın