Menu
Geri İrəli

“Bəlkə işığı söndürək…” – Stalinlə opera müğənnisinin yeni il gecəsi başlanan eşq macərası

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur
Share Button
142500 “Hər şey Kremldə təşkil olunan Yeni il şənliyindən başlandı. Heç vaxt ağlıma gəlməzdi ki, ölkənin birinci şəxsinin, özü də Stalin kimi bir şəxsiyyətin sevgi və ehtiras hədəfinə çevriləcəm…”
Bunu çox-çox sonralar üç dəfə Stalin mükafatı laureatı, xalq artisti, məşhur opera müğənnisi Vera Davıdova öz xatirələrində etiraf edib.
  sumqayitxeber.com Modern.az-a istinadən Stalinin uzun illər gizli saxlanılmış eşq macərası haqqında yazını təqdim edir.
SSRİ-nin ən çətin və mürəkkəb bir dövründə ölkəyə rəhbərlik edən İosif Stalinin fəaliyyəti, iş rejimi nə qədər gərgin olsa da o, öz əyləncəsinə də vaxt tapıb. Rəhbərin əyləncə “menyu”sunda qadınların xüsusi yeri olub. Onun hələ gənc yaşlarından qadınlara münasibətində fəallığı nəzərəçarpacaq dərəcədə özünü büruzə verib. Dəfələrlə sürgünə göndərilən Stalin hətta Rusiyanın ən ucqar əyalətlərində belə neçə-neçə qadını öz ehtirasının qurbanı etməyi bacarıb.
Ölümündən sonra Stalinin “sevgi” dəftərinə yazılmış çoxsaylı qadınlardan yalnız bir-ikisi cəsarət taparaq xatirələrində Kobanın çox ehtiraslı bir kişi olduğunu söyləyiblər.
Siyasi fəaliyyətində amansız, zalım və diktator adını qazanmış İosif Stalin qadınlara münasibətdə də zülmkar və hədsiz dərəcədə qısqanc olsa da, rəhbərin səmimi, yaxud qeyri-səmimi etirafları da az olmayıb.
Ciddi münasibət göstərdiyi və qarşısında sevgi etirafı etdiyi xanımlardan biri, tanınmış opera müğənnisi Vera Davıdova isə Stalinin həyatında xüsusi yer tutub.
Vera Davıdova ilə Stalinin tanışlığı Böyük Teatrda baş tutub. Onda Stalinin 54, Veranın isə 28 yaşı olub. Müğnninin uğurlu çıxışından sonra Stalin ona böyük gül buketi göndərib. Sevincdən gözləri dolan müğənni sonra fəxri lojaya dəvət olunub. Stalin möhtəşəm şıxışına görə Vera Davıdovaya təşəkkürünü bildirib və onu Moskvaya Böyük Teatrda işləməyə dəvət edib. Bu haqda düşünmək lazımdır deyən Vera Davıdova bir aydan sonra Leninqraddan Moskvaya köçüb. Paytaxta köçən kimi Stalinin göstərişi ilə dərhal 3 otaqlı mənzillə təmin edilib və digər problemləri həll olunub…
Elə həmin il Kremldə yeni il gecəsində çıxış edəcək incəsənət ustalarının siyahısına Vera Davıdovanın adı da salınıb. Konsert proqramından sonra Vera Davıdova Kremldəki banketə də dəvət alıb. Ona Stalinlə Voroşilovun arasındakı kürsüdə yer göstəriblər. Banket gecədən xeyli keçmişə qədər davam edib. Vera Davıdova getməyə hazırlaşanda paltosunun cibindən “Manejin yanında gözləyin. Sürücü sizi aparacaq. Kağız parçasını isə atmayın” yazılmış kiçik bir kağız parçası tapıb. Vera əvvəlcə kağıza diqqət yetirməsə də sonra yazılanlara əməl edib. Həmin gecə onu Stalinin bağ evinə aparıblar. Vera Davıdova öz xatirələrində həmin günü belə xatırlayıb:
“ Çox həyəcan keçirirdim. İçimdə bir qorxu hissi də var idi. Qonaq otağına daxil olanda Stalin zəhmli səsi ilə məni salamladı və stola dəvət etdi. Stol çox təmtəraqla bəzədilmişdi. Qış vaxtı təzə meyvələrdən tutmuş müxtəlif delekateslər, cürbəcür içkilər, bir sözlə hər şey düşülmüşdü süfrənin üstünə. Böyük məmnunniyyətlə təamların dadına baxdım, şərab da içdim. Özümü nədənsə, bir az sərbəst hiss etməyə başladım. Stol arxasında çox söhbət etmədik. Stalin yalnız onu dedi ki, göstəriş verəcəm hər həftə sizə şərab, ikra, şirniyyat və təzə meyvə-tərəvəz gətirsinlər. Kiçik fasilədən sonra o üzünü mənə tutdu:
- Vera sizinlə söhbətim var, keçək mənim iş otağıma.
Biz o biri otağa keçdik. Orada bir divan, bir də yazı stolu var idi. Mən üzümü ona tutub dedim:
- Eşidirəm sizi.
- Bəlkə işığı söndürək, mən işıqda fikirlərimi yaxşı ifadə edə bilmirəm.
O mənim rəyimi gözləmədən işığı söndürdü. Artıq bir neçə saniyədən sonra mən onun qucağında idim…”
Beləliklə, Stalinlə Vera Davıdova arasında yeni il gecəsi başlanan eşq macərası düz 19 il davam edib. Stalin dəfələrlə Vera Davıdovanın qarşısında ona ürəkdən bağlı olduğunu etiraf edib. Bu etirafın cavabı olaraq Vera Davıdova da özünü 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri olan Stalindən əsirgəməyib. Bütün bunlarla yanaşı, Vera Davıdova Stalinin sayəsində çox şeylərə nail olub.
Stalinin vəfatından sonra Vera Davıdova milliyətcə gürcü olan həyat yoldaşı ilə birgə Gürcüstana köçüb.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın