Menu
Geri İrəli

Beyonsu 22 günə arıqladan PƏHRİZ – RESEPT

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 668 dəfə • Şərh yoxdur

beyonsDünyanın ən məşhur müğənnilərindəən biri, amerikalı Beyons son vaxtlar xeyli arıqlayıb. Onun vücudunun “sirri” açılıb. Sən demə, 33 yaşlı müğənni tanınmış dietoloq Marko Byorqenin hazırladığı rasion və məsləhətlərə tam riayət edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, bu minvalla Beyons cəmi 22 gün ərzində izafi kiloqramlardan qurtula bilib.

Marko Byorqen bu unikal pəhrizi ilə bağlı “22-Day Revolution” kitab çap etdirib.
Pəhrizin əsas prinsipi sadədir: ət, yumurta, süd məhsulları, spirtli içkilər rasionda minimuma endirilməlidir.
Pəhriz rasionunun 80 fazi karbohidratlar, 10 faizi yağ və piylər, 10 faizi zülaldan ibarət olmalıdır.
“İllər boyu “yo-yo” kimi tanınan pəhriz saxladım. Amma qurmanam, yaxşı və dadlı qidaları sevirəm. Markonun sayəsində gözəl rasionla, normal qidalanmağa başladım və 22 gün ərzində arıqladım. Xanımlar, siz də sınayın. Əminəm ki, nəticələr pis olmayacaq”, – Beyons bildirib.
Beyons dietolq Byorqenlə 2013-cü ilin noyabrında Texasda tanış olmuşdu.
Müğənninin “uğurlu pəhriz”inin 3 günlük rasionunu təqdim edirik:
1-ci GÜN
Səhər yeməyi: 1 stəkan təzə giləmeyvə, vanilli pudinq
Nahar: qırmızı kələm, küncüt və yaşıl almanın buğa verilmiş salatı, şirin kartof və ya buğa verilmiş 1 adi kartof
2-ci nahar: 1/4 stəkan yerkökü, kəvər, keşniş və avokado şirəsi, çuğundur və bolqar bibərindən hazırlanmış salat
Şam yeməyi: gicitkən və ispanaq salatı, 1 soyutma yumurta, reyhan və xiyardan hazırlanmış salat
Desert: 50 qram qara şokolad
2-ci GÜN
Səhər yeməyi: badam südü və qarabaşaqdan hazırlanmış püre, 1 banan, 1-2 çay qaşığı badam yağı, 1 pors protein tozu, göyərti və yoqurtdan hazırlanmış salat
Nahar: qəhvəyi düyülü tortilya, 2 qlütenli qarğıdalı kökəsi, 1/4 stəkan humus, qızardılmış qırmızı bibər, buğlanmış yaşıl bibər, xiyar və göyərtidən ibarət salat
2-ci nahar: 2 alma, 1 şaftalı, 1 banan və 1 stəkan yoqurt
Şam yeməyi: çerri pomidorlu və qabaqlı makaronlar, şirin kartof, reyhan və parmezan pendirindən hazırlanmış salat
Desert: 150 qram dondurma və 2 banan
3-CÜN
Səhər yeməyi: sirkan və giləmeyvədən hazıranmış 1 stəkan şirə
Nahar: 3 fincan yaşıl çay, balqabaq, çuğundur, yerkökü və yumurtanın ağından hazırlanmış, 2 çay qaşığı fındıq yağı vurulmuş salat, 120 qram buğlanmış toyuq əti, 100 qram balıq
2-ci nahar: meyvə salatı, tərəvəz və giləmeyvələrdən hazırlanmış qarışıq salat, 4 xörək qaşığı humus
Şam yeməy: 1 xörək qaşığı yağ vurulmuş şirin kartof püresi, qara paxla şorbası, tərəvəz salatı
Desert: 50 qram qara şokolad, düyü “pirojna”sı
Facebook Şərhləndirmə:

Şərhinizi yazın