Menu
Geri İrəli

Bir cinsiyyət orqanı olan iki bacının DƏHŞƏT DOLU HƏYATI – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur
Share Button

siyamBir zamanlar siyam əkizlərinin doğulması dünyanın sonuna işarə idi. Odur ki, bədəni bitişik bu insanları tanrılara qurban verərək, onlardan can qurtarırdılar. Yaxın keçmişədək isə vücudlarını ayırmaq mümkün olmayan siyam əkizlərini sirkdə işləməyə göndərirdilər ki, insanları əyləndirsinlər.

Bəs siyam əkizləri termini necə yaranıb? Ümumiyyətlə tibbdə bu hal necə izah edilir?

Publika.az bütün bu sualların cavabını tapmağa çalışacaq.

Dünya tarixində qeydə alınmış ilk siyam əkizləri 1811-ci ildə müasir Tailand ərazisində yerləşən Siyam şəhərində doğulublar. Elə o vaxtdan bu patologiya ilə dünyaya gələn uşaqlara siyam əkizləri adı verilib.

Çanq və Enq Banker qardaşları doğular-doğulmaz bütün Siyamı dünyanın sonunun yaxınlaşması ilə bağlı acı xəbər bürüyür. Kral bir-birinə yapışmış əcaib körpələri öldürməyi əmr edir. Əks halda bütün krallıq uğursuzluğa məhkum idi. Lakin əkizlərin anası qəti etirazını bildirib, körpələrini böyüdəcəyini söyləyir.

Qardaşlar ömürlərinin sonunadək bir-birinə bitişik halda yaşayırlar.

Çanq və Enq hələ yeniyetmə ikən Robert Hanter adlı biznesmen onları görüb, sirkdə çalışmaq təklif edir. Bu Hanter üçün böyük risk olsa da, fikrindən dönmür. Qardaşlar Britaniya və ABŞ ərazisindəki müxtəlif şəhərlərinə qastrol səfərləri edərək tezliklə varlanırlar. 1843-cü il eyni gündə müxtəlif xanımlarla ailə qururlar. Çenqin 10, Enqin isə 11 övladı dünyaya gəlir. Qardaşlar bir-birinə sadəcə döş qəfəsindən birləşmişdilər. Onlar çağdaş dövrdə yaşasaydılar, cərrahiyə əməliyyatı ilə bədənlərini ayırmaq mümkün olardı.

Siyam əkizləri 1873-cü ildə eyni gündə dünyalarını dəyişirlər. Öncə Çanq bir neçə saat sonra isə Enq gözlərini dünyaya əbədi yumur.

Tarixin ən maraqlı siyam əkizlərindən bəhs edərkən Roza və Jozefa bacılarını xatırlamamaq mümkün deyil. 1878-ci ildə müasir Çexiya ərazisində dünyaya gələn Blajek bacıları çanaq nayihəsindən bir-birinə bitişik doğulmuşdular. Əkizləri görüb, dəhşətə gələn valideynlər onları ac saxlayıb, öldürmək qərarına gəlirlər. Lakin körpələrin aclığına tab gətirməyən ana qızlarının halına acıyıb, qərarından dönür.

Bacılar böyüyüb məktəb yaşına çatanda valideynlər anlayır ki, onlar adı uşaqlarla birgə oxuya bilməcəklər. Odur ki, əkizlər evdə xüsusi müəllimin köməyi ilə müsiqi təhsili alırlar. Skripka və arfada ifa etməyi öyrənirlər. Qəribə olsa da, Roza və Jozefa gözəl rəqs etməyi də bacarırdılar. Həm də, müxtəlif tərəf müqabilləri ilə…

Bacılar tez-tez konsertlərdə çıxış edir, kifayət qədər yaxşı yaşayırdılar.

Günlərin bir günü Roza alman gəncə aşıq olur. Bacılar arasında ilk qarşıdurma da bu zaman başlayır. Roza və Jozefanın çanaqları bitişik olduğu üçün ikisinin bir cinsiyyət orqanı vardı. Odur ki, bacılar öz aşiqlərilə intim yaxınlıq qurmaq istəmirdilər. Lakin tezliklə onlar razılığa gəlirlər və Jozefa bacısının alman sevgilisi ilə cinsi münasibətə girməyə etiraz etmir. Tezliklə Roza hamilə qalır. Bəli məhz Roza… Çünki bacıların hərəsinin öz rəhmi vardı. Roza Frans adlı tam sağlam körpə dünyaya gətirir. Lakin körpənin atası müharibədə dünyasını dəyişir.

Bu hadisədən sonra bacılar bəzən eyni, bir sıra hallarda isə müxtəlif kişilərə aşiq olurlar. Hətta onların hər ikisini sevən eyni gənclə ailə qurmaq istəyirlər. İkiarvadlılıq ölkədə qadağan olunduğu üçün bu nikah baş tutmur.

Картинки по запросу РОЗА И ЖОЗЕФА

Roza və Jozefa 1922-ci ildə dünyadan köçürlər. Jozefa sarılıq xəstəliyinə yaxalanır. Həkimlər Rozaya müalicə olmağı tövsiyyə etsələr də, o razılaşmır, “Jozefa öləcəksə, mən də yaşamayacam” – deyir.

Milli və Kristina Makkoy

Bu qaradərili bacılar doğulandan bəri tale onları qəddarcasına sınamağa başlamışdı. Əkizlər Cənubi Kaliforniyada qul ailəsində dünyaya gəlmişdilər. Milli və Kristina arxa və çanaq nayihələrdən bir-birinə birləşmişdilər. 8 yaşları tamam olanda sahibləri onları analarilə birgə varlı tacirə satır. O, isə qızları eybəcərlər sirkinə verir. Onların tamaşaçılar üçün maraq kəsb etmədiklərini görəndə isə sahibləri bacılara səhnədə oxuyub, oynamağı əmr etdi. Milli və Kristinin çox gözəl səsləri vardı. Bütün ifaları insanlar tərəfindən dərin maraqla qarşılanırdı. İnsanlar bacıları “ikibaşlı bülbül” adlandırırdılar.

Vətəndaş müharibəsindən sonra bülbüllər sanki qəfəsdən azad oldular. Onlar zəmanələrinin varlı və hörmətli xanımlarına çevrildilər.

Milli və Kristina 61 yaşlarında eyni gündə bu dünyadan köçdülər.

Bu gün dünyanın ən məşhur siyam əkizləri ABŞ-da yaşayırlar. Ebiqeyl və Britani Hensel bacılarıdır. Onların iki əli, iki ayağı, 3 ciyəri, eləcə də hər birinin öz ürəyi və və iki başları var. Ebi və Britani ilə sosial şəbəkələrdən əlaqə saxlamağa çalışdıq. Onlar şərhimizə cavab olaraq ikibaşlı həyat sürməkdən məmnun olduqlarını qeyd etdilər:

“Bizi xoşbəxtik və öz həyatımızı yaşayırıq, sükan arxasında əyləşir, motosikl sürürük. Dostlarımızla birgə səyatə çıxır, şoppinq edirik. Yəni heç bir amil bizi yolumuzdan döndərə bilməz. Dünyanın hər nöqtəsində taleyimizi paylaşan əkizlərə salam göndəririk”.

Qızlar həmçinin bildirdilər ki, qazandıqları uğurların əsas səbəbkarı onları hər zaman dəstəkləyən valideynləridir.

Abigail and Brittany Hensel adlı şəxsin şəkli.

“Hazırda riyaziyyat üzrə mətəxəssisik. Lakin maaşımız birdir. Axı ikimiz bir insanın vəzifəsini yerinə yetiririk”.

Bəs siyam əkizləri adlı patologiyanın yaranma səbəbi nədir? Hamiləlik zamanı bunu necə aşkarlamaq olar? Bu və digər suallarla məşhur uzman ginekoloq Hakan Tanrıverdiyə müraciət etdik.

Похожее изображение

- Bilirsiniz ki, əkizlər tibbdə iki tipə ayrılır. Birinci tip diziqot adlanır ki, bu halda iki və daha çox yumurtalıqdan mayalanır. Monoziqot hamiləlikdə isə eyni yumurtalıqdan mayalanana döllər nəzərdə tutulur. Monoziqot döllənmədən doğulan əkizlər demək olar ki, eyni xarici görünüşə sahib olurlar. Diziqot mayalanmadan doğulan uşaqlarsa sadəcə bacı-qardaş sayılırlar.

Monoziqot hamiləlik zamanı çox nadir hallarda parçalanma amniotik kürə formalaşandan kifayət qədər sonra baş verir. Beləcə, iki döl eyni ciftdə formalaşır. Bu tükürpədən patologiya öncə valideynlərə, sonra isə əkizlərin özünə böyük zərbə vurur.

- Doktor, bəs şəxsi təcrübənizdə rastlaşmısınız belə durumla?

- 1993-cü ildə, Türkiyədə çalışdığım dövrdə qəbuluma bir hamilə qadın gəldi. Elə ilkin aylarda bətnindəki körpələrin siyam əkizi olduqları aşkarlandı. Xanım körpələrini tələf etməyə razı olmadı. Nəticədə əkizlər ölü doğuldular.

- Bəs Azərbaycandakı fəaliyyətiniz ərzində siyam əkizlərinin doğumu baş tutub?

- Xeyr, Çox şükür ki, qarşılaşmamışam.

- Hakan bəy, bəlkə gənc ailələrə məsləhət verəsiniz. Siyam əkizləri dünyaya gətirməmək üçün öncədən hansı tədbirlər görülməlidir? Bəlkə qan analizləri və digər müayinələrlə bu patologiyanın qarşısını almaq mümkündür?

- Təəssüf ki, elm bu anomaliya qarşısında hələ ki, acizdir. Dəqiq bilinən səbəbi də yoxdur. Çox nadir hallarda rastlaşırıq bu patologiya ilə.

Siyam əkizləri mövzusuna toxunub, pediart rəyi almamaq olmazdı. Odur ki, pediatr reanivmatoloq Sevinc Qafarzadənin fikirlərilə tanış olduq.

S.Qafarzadə qeyd etdi ki, 30 ilə yaxındır bu sahəhədə fəaliyyət göstərir və Azərbaycanda siyam əkizləri patologiyası ilə rastlaşmayıb. Pediartr həmçinin vurğulayır ki, bu tip əkizlər daha çox Hindistanda doğulurlar:

“Tibbi baxımdan səbəbi bilinməsə də, ehtimal edirəm ki, bu hava və mühitlə əlaqədardır”.

X əsrdən etibarən dünya tibb mütəxəssisləri, cərrahlar siyam əkizlərinə zərər vermədən mümkün olduğu halda cərrahi müdaxilə ilə onları ayırıb, normal həyata geri döndərirlər. Tək X əsrdə siyam əkizlərini ayırmaq məqsədilə keçirilən 200 cərrahi əməliyyat qeydə alınmışdı. Bu sahədə ilk uğurlu əməliyyat isə 1689-cu ildə alman həkimi Keniq tərəfindən həyata keçirilib.

Картинки по запросу сиамских близнецов разделили

Siyam əkizləri üzərində aparılan ən uğurlu əməliyyatdan biri də Tehranda dünyaya göz açan Lalə və Ladan Bicani bacıları üzərində gerçəkləşmişdi. Onların baş dəriləri arxa tərəfdən bitişik idi. Baclar bir-birinin üzünü görməyi çox arzulayırdılar. Nəhayət 2003-cü ildə 29 yaşlı siyam Bicanilər cərrahi əməliyyatla arzularına çatırlar. Bacıların başları ayrılır və normal həyata geri dönürlər.

Siyam əkizlərinin sayı ilbəil azalır. Ümid edək ki, yaxın illərdə bu mövzu da keçmişə qovuşacaq.

Leyla Sarabi

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın