Menu
Geri İrəli

Birinci xanımın bişirdiyi pomidor-yumurta…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2014 • Baxış sayı: 605 dəfə • Şərh yoxdur

Rusdilli “Baku” jurnalının sentyabr-oktyabr sayı prezident İlham Əliyevin xanımı Mehriban Əliyevaya həsr olunub. Bu jurnalın redaktoru Mehriban Əliyevanın qızı Leyla Əliyevadır.

 mehriban eliyeva

“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu sayın baş məqaləsini Rusiyada məşhur jurnalist Mikhail Gusman – Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi direktorunun birinci müavini yazıb. Jurnalda əksər yazılar kimi bu məqalə də Azərbaycanın Birinci xanımının həyat və yaradıcılığından bəhs edir.

Mikhail Gusman yazır ki, 2012-ci il, iyulun 29-da, Londonda keçirilən XXX Olimpiya Oyunları ərəfəsində Azərbaycan hökuməti «Azərbaycan Günləri» adlı böyük bir tədbir təşkil edir. Xoş əhval-ruhiyyəli bakılı məclisinin keçdiyini qeyd edən Mikhail Gusman yazır: «Ziyafət bitdikdən sonra prezident və xanımı qonaqlardan bəzilərini Londondakı «Baku» restoranına dəvət edirlər. Məclis sona yaxınlaşan zaman qonaqlardan kimsə «indi burda bir bakısayağı pomidor-yumurta olsaydı, nə yeyərdim» deyir.

Qonağın bu sözünü İlham Əliyev də təsdiqləyir. Mehriban Əliyeva isə üzünü qonaqlara tutub «Hamınız pomidor-yumurta yemək istəyirsiniz?» deyə soruşur. Zalda oturanların razılığını görən Mehriban xanım ayağa qalxır və «indi təşkil edərik», deyib restoranın mətbəxinə keçir».

Mehriban Əliyevanın mətbəxdən gec gəldiyini görən Mikhail Gusman təəccüblə yazır: «Düşündüm ki, Mehriban xanım mətbəxdəkilərə öz göstərişini verib 2-3 dəqiqəyə məclisə qayıdar, amma belə olmadı. 5 dəqiqə də gözlədim, gəlmədi, 10 dəqiqə keçdi, gəlmədi, axırda durub restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir».

Yemək bişəndən sonra tavanı zala-qonaqların yanına aparırlar.

Belə davranışına görə, Mehriban Əliyevanı “Kraliça” adlandıran Mikhail Gusman sual edir: «Görəsən, dünyanın hansı ölkəsində Birinci Xanım belə davranardı? Düşünürəm ki, heç kim!”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın