Menu
Geri İrəli

Boşanmanı yaxınlaşdıran 7 əlamət

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur
Share Button

59848

Məşhur amerikalı psixoloq Con Qottmanın (John Gottman) boşanmanın proqnozunu verib. İllərlə topladığı təcrübəyə söykənən statistik məlumatlar, ona boşanmanın yaxınlaşdığının əlamətlərini təyin etməyə imkan verib.

ANS PRESS-in məlumatına görə, Qottman aşağıda sadaladığımız yeddi əlamətin üzərində xüsusilə dayanır:

1. Kinayə, istehzadan başlayan mübahisələr

2. Həyat yoldaşının şəxsi keyfiyyətlərini müntəzəm tənqid

3. Nifrət və ələ salma ifadə edən söz və mimikalar

4. Özünə haqq qazandırma – sakitcə oxu partnyora çevirmək, problem yaradan odur, mən deyiləm.

5. “Müdafiə divarı” yüksəltmək: ər və ya arvad ünsiyyətdən, əziyyət verən problemin müzakirəsindən yayınır.

6. Adekvat olmayan reaksiya: partnyor sözlə həmlələri fiziki hədə kimi qəbul edir.

7. Mübahisə zamanı zamanında dayanmağı bacarmamaq, ancaq bundan əvvəlki normal münasibətə qayıtmaq.

Əgər qarşılıqlı münasibətlər bütün ailədə gərgindirsə və əlamətlər özünü büruzə verirsə, tezliklə boşanma riski 90%-dir.

Qottman iddia edir ki, xoşbəxt cütlüklərdəki bir-birlərinə qarşı gündəlik pozitiv düşüncələr və emosiyalar, neqativləri üstələyir. Psixoloq əsas ər-arvad xoşbəxtliyini yaxın dostluqda, qarşılıqlı hörmətdə və partnyorun yanında olmasından mənmunluqda görür.

Boşanmanın profilaktikasının resepti sadədir: təhlükəli əlamətlərdən uzaq olmağa çalışmaq. Yəni, qarşı tərəfin fiziki və əqli çatışmazlıqları kinayəli mübahisələr etməmək, ona sifət göstərməmək, öz hərəkətlərinə görə cavabdehlik, tez-tez ünsiyyət, danlandıqda acıqlanmamaq, tez barışmaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın