Menu
Geri İrəli

Bu bürclər kredit borclarını gecikdirmir

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2017 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

blogpost-july-2011-berkenalan-dgn-kreditİpoteka kreditlərini gecikmədən ödəyən müştərilər Xərçəng və Qız bürclərinin nümayəndələridir.

Sumqayitxeber.com -un Trend-ə istinadən məlumatına görə, bu qənaətə Rusiyanın “DeltaKredit” bankının mütəxəssisləri gəliblər.

Aparılan təhlillər nəticəsində məlum olub ki, Xərçəng bürcündən olan şəxslərin 96,66 faizi, Qız bürcündən olan şəxslərin isə 96,65 faizi ipoteka kreditlərini gecikdirməyib. Üçüncü yerdə 96,6 faiz göstərici ilə Əqrəb bürcündən olan nümayəndələr qərarlaşıb.

Ən aşağı göstərici isə 95,89 faizlə Oxatan bürcünün nümayəndələrinə məxsusdur.

Bundan başqa, ipoteka kreditlərini ən çox götürənlər arasında Xərçəng bürcünün nümayəndələri liderlik edir. Bankın müştərilərinin 9,14 faizi məhz bu bürcün nümayəndələridir.

Əqrəb bürcündən olan şəxslər isə 7,58 faizlə ən az ipoteka krediti götürən müştərilərdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın