Menu
Geri İrəli

Bu gün nadir təbiət hadisəsi baş verəcək: MAVİ AY görünəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2015 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur

172391_462965Bu gün Yer sakinləri çox nadir bir təbiət hadisəsini – Mavi Ayı izləyə biləcəklər. Bundan əvvəl analoji hadisə 2012-ci ildə baş verib, bundan sonra isə 2018-ci il üçün gözlənilir.Əlbəttə, Yerin təbii peyki öz rəngini dəyişməyib. Bu hadisəni isə nadir hallarda baş verdliyi üçün elə adlandırıb. İngilis dilində Once in a blue moon frazası elə nadir ki, hətta nə vaxt baş verdiyini xatırlamırsan mənasına gəlir.Elm adamları Mavi Ay dedikdə əslində bir ay ərzində ikinci bədirlənmiş Ayın görünməsini nəzərdə tuturlar. Lakin 2,7 ildə bir 13-cü bədirlənmiş ay mavi rəngdə görünür.

Ayın mavi görünməsinin səbəbi dəqiq bilinmir. Optik effekt adətən mavi rəngə və onun çalarlarına uyğun işıq dalğalarının təkcə hava molekullarında deyil, həm də toz hissəciklərində yayılması ilə izah edilir. Buna səbəb kimi böyük yanğınlar, vulkan püskürmələri və bu kimi fövqəladə hadisələr nəzərdə tutulur.

Məsələn, Kanadanın Albert əyalətində torf bataqlığında qalxan qatı tüstü 1950-ci ildə ölkənin cənubuna və şərqinə yayılmışdı. Bundan sonra Ay və hətta Günəş solğun bənövşəyi və mavi çalarda müşahidə edilmişdi.  faktxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın