Menu
Geri İrəli

Bu il uşaqlara ən çox bu adlar qoyulub – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2017 • Baxış sayı: 585 dəfə • Şərh yoxdur

adlar2Bu ilin altı ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.

Lent.az-ın azvision.az-a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin birinci yarısında doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. İlin əvvəlindən 1343 uşağa Yusif adı verilib.

Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410) və Tunar (400) tutur.

Bu ilin altı ayı ərzində qız uşaqlarına ən çox Zəhra adı verilib (1256 dəfə). Sonrakı yerlərdə isə Nuray (1015), Zeynəb (760), Məryəm (721), Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508), Ayandır (494).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın