Menu
Geri İrəli

Bu ilin əvvəlindən Azərbaycanda 10 minə yaxın ailə dağılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 46 dəfə • Şərh yoxdur
Share Button

bosanma-davasi1497620176Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57 269 nəfər və yaxud 0,6% artaraq bu il sentyabrın 1-nə 9 867 250 nəfərə çatıb.

“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.

Əhalinin ümumi sayının 53%-ni şəhər, 47-ni kənd sakinləri, 49,9-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Hazırda ölkədə hər 1 000 kişiyə 1 006 qadın düşür.

Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 95 395 və yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alıb və əhalinin hər 1 000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47,0%-i isə qız uşaqlarıdır. Doğulanlardan 1 712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2 uşaq düşür.

Bu ilin yanvar-avqust aylarında ölkədə 39004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 6 təşkil edib.

8 ay ərzində qeydiyyat şöbələri 40 256 nikah və 9 787 boşanma halı qeydə alıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün 2 080 nəfər Azərbaycana gələn, 1 202 nəfər isə Azərbaycandan gedən şəxsi qeydə alıb. Son nəticədə miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın