Menu
Geri İrəli

Bu xəstəliklərin səbəbləri… – Görücü Vanqa

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 52 dəfə • Şərh yoxdur
Share Button

vanqaXəstəliklərin yaranma səbəbləri müəyyənləşdirildikdə onların müalicəsi və profilaktikası daha asan olur. Bu baxımdan 20-ci əsrin tanınmış görücüsü, bolqar bilicisi Vanqanın açıqlamaları da olduqca maraqlıdır.

sumqayitxeber.com  Modern.az-a istinadən xəstəliklərin yaranma səbəbləri ilə bağlı Vanqanın ehtimallarını təqdim edir.

Vanqa belə hesab edib ki, mədə xorası xəstəliyinin yaranmasının ilk səbəblərindən biri keyfiyyətsiz qidalardır. Görücünün fikrinə görə qidaları isti şəkildə qəbul etmək yolverilməzdir və bu mədə xorası xəstəliyinə səbəb olur.

Bolqar bilicisi astma xəstəliyi haqqında fikirlərini açıqlayarkən qeyd edib ki, bu xəstəliyi yaradan soyuq mayelərdir. Xüsusilə, yorğun vaxtı soyuq içki içmək astmanın yaranmasına səbəb olur.

Vanqanın qənaətinə görə şişlər əsasən zədə nəticəsində yaranır və onlar kifayət qədər uzun müddət keçəndən sonra özünü biruzə verə bilər.

Böyrək xəstəliklərinin əsas səbəbini Vanqa tez-tez soyuqdəymələrin olması ilə izah edib.

Maddələr mübadiləsinin pozulmasının orqanizmə olduqca mənfi təsir göstərməsini söyləyən görücü bunun səbəbini düzgün qidalanmamaqda, qida rasionunun düzgün təşkil olunmamasında görüb.

Vanqanın ehtimallarına görə qadın sonsuzluğunun əsas səbəbləri erkən cinsi həyata başlamaq, arzuolunmaz hamiləlik qorxusu, iltihabi proseslər, dar və narahat alt paltarlarıdır.

Kişi sonsuzluğunun səbəblərini açıqlayan Vanqa qeyd edib ki, bunun da əsas səbəbləri dar alt paltarları və vaxtından əvvəl cinsi həyata başlamaqdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın