Menu
Geri İrəli

“Cihad”a çağrışa aldanmayın!

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2014 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur
Share Button
ekrem-hesenovBu mediada yayımlanan, özünə türkiyəli köşə yazarı Fürkan Azəri ləqəbi taxan şəxsin can yandırıcı çağrışlarına aldanmayın. Çünki bu şəxs bu vaxta qədər Türkiyənin “cihad”ı dəstəkləyən mediası ilə Azərbaycan haqqında mənfi fikirlər yazan bir şəxsdir. Bu şəxsin digər yazılarını Türkiyədə fəaliyyət göstərən “cihad”a meyilli saytlardan oxusanız görəcəksiniz ki, bu şəxs Azərbaycanı vurmaq istəyən bir şəxs olub. Eyni zamanda bu yazıları ilə bizim nə qədər soydaşlarımızın Suriyaya və digər yerlərdə dəstələr toplayan terror qruplaşmalarının yanına getməsinə və orada ölmələrinə səbəb olub.
Bu azmış kimi hələ yenə də gənc vətəndaşlarımızı “cihad” adı ilə ölümə aparmağa səsləyir. Belə çağrışlara aldanıb vətəninizi, evinizi, valideynlərinizi, yaşadığınız cəmiyyəti tərk etmək Quran və sünnəyə görə, islam alimlərinə görə doğru deyildir. Onlar islam xilafəti kimi bir anlayışı dar mənada başa düşür, belə çağrışlarla gənclərimizi azdırırlar. Suriyada baş verən son hadisələrdən də hamımız görürük ki, indi ora “cihada” gedənlər artıq bir-biri ilə “cihad” edir. Ona görə ağıllı heç bir müsəlman belə yalan çağrışlara aldanmasın.
Allah təala sizə gözəl vətən verib. Vətəninizdə qalıb vətəniniz üçün çalışın. Ailəniz üçün, ata-ananız üçün, yaxın qohumlarınız üçün, müsəlman bacı və qardaşlarınız üçün çalışın. Hər “cihad” deyənə aldanıb özünüzü təhlükəyə atmayın! Buna dəqiq əmin olun ki, müasir dövrümüzdə bütün dünyada, beynəlxalq aləmdə, bunun da təsiri nəticəsində vətənimizdə bəzi cihadşüvənlər, “cihadistlər” ortaya çıxmışlar. Bu cihadşüvənlər cihadın islam hüququnda yer alan hökmlərini, qaydalarını, prinsiplərini, qadağanlarını bilmirlər.
Tək məqsədləri cihad adı ilə özlərinə müəyyən zəmin hazırlamaqdır. Bir çoxu “Müasir dövrümüzdə cihad etmək bütün ümmətə fərzdir” deyərək islama gələn yeni gəncləri də yalnış istiqamətə sürükləyirlər. Bunu deyən bir insan bu sözün hansı məna daşıdığını, hansı məqsədlə deyildiyini, doğuracağı nəticənin nə olduğunu bilmir. Buna baxmayaraq sanki müsəlmanlar düşmənlə döyüşməyin, cihadın, vətən müharibəsinin nə olduğunu bilmirlər, bilmədikləri cihadı bu “cihadistlər” öyrədəcəklər. Belə etməklə müasir “cihadistlər” özlərini cihad müəllimi kimi təqdim edirlər. Müsəlmanların isə bu cür cihadşüvənlərdən, “cihadistlərdən” cihad adı ilə qəsd etdikləri, icra etmək istədikləri qorxunc hərəkətlər və fitnə fəsadlardan öyrənəcəkləri heç bir şey yoxdur.
Cihad kimi böyük və şərəfli bir adı istismar edərək, mənimsəyərək yerinə yetirmək istədikləri məqsəd Allah Rəsulunun (ona və ailəsinə salam olsun) öyrətdiyi şəriət mənasında olan cihadın məqsədindən tamamilə uzaqdır. Onların məqsədi bombalamaq, yıxmaq, dağıtmaq, hamıya kafir deməklə insanları təkfir etməkdir. Müsəlmanları hər kəs niyətinə görə həşr olunacaq deyərək öldürməkdə günah görməyənlər sakit, rahat, əmin-aman, toxunulmaz yaşayan qeyri müsəlmanları, müsəlmanlar içərisində yaşayan müsəlman olmayanları qətl edirlər.
Bunu həyata keçirmək istəyənlərin məqsədləri yer üzərində fitnə-fəsad, təxribat törətmək, güvənlik, əminlik, sakitlik, toxunulmazlıq içərisində olan müsəlmanları terror edərək qəlblərinə qorxu salmaq, müharibə etmək, vətəndaşları qarşı-qarşıya qoymaq, cihadın mübarək adını, xeyirli adını şərə tərəf istiqamətləndirməkdir. Axını yayılmaq təhlükəsi olan bu batil, islamda yeri olmayan mənfi fikir və əməllərə qarşı müsəlmanların islamı düzgün mənimsəyən, əqidəsi, minhəci, metodu doğru olan alimlərin ətrafında toplanmaları çox vacibdir. Bu barədə alimlərə düşən vəzifə isə bu kimi şübhəli məsələləri çürütmək, yalan olduğunu isbat etməkdir.
Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru)
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın