Menu
Geri İrəli

Dar cins şalvar geyinən qızları hansı təhlükə gözləyir?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 846 dəfə • Şərh yoxdur

salvarAvstraliyada cins şalvar geyinən qadın əzələ zədələnməsi, ayaqlarda şişmə və qasıqda sinir sıxılması səbəbindən xəstəxanaya yerləşdirilib. Milli.Az publika.az-a istinadən bildirir ki, Royal Adelaide xəstəxanasının həkimi Tomas Kimber adı açıqlanmayan 35 yaşlı qadının 4 gün müalicə aldığını bildirib.

Tomas Kimber dar cins şalvarın ayaqlara bu qədər zərər verməsinə təəccübləndiyini söyləyib. Qadının tanışı onun evi və şkaflarını səliqəyə salan zaman əyilib qalxdığını, ertəsi gün isə ayaqlarında ağrılar yarandığını bildirib.

Kimber daha əvvəl də dar cinsin qasıqlarda sinir zədələnməsinə yol açdığına dair hallara rast gəlindiyini, ancaq ilk dəfədir ki, ayaqda bu növ sinir problemləri və ciddi əzələ zədələnmələri gördüklərini vurğulayıb.

Həkim əyilib qalxdıqda dar cinslərin ayaqda əzələlərin sıxılmasına yol açaraq baldır əzələlərində qan dövranının pisləşməsinə səbəb olduğunu deyib.

Xəstəxanada 4 günlük müalicədən sonra xəstənin tamamilə sağaldığını deyən Kimber “Problemin kifayət qədər rahat olmayan parçadan qaynaqlandığını düşünürəm. Olduqca dar cins şalvarlar sinirləri və əzələləri sıxır” – deyib.

Həkim qadınları dar cins geyindikdə əyilib qalxmamağı tövsiyə edib.

Doktor Kimberin və onun qrupunun bu hadisəyə dair hesabatı “Journal of Neurology, Neurosurgery and Psychiatry” adlı jurnalda dərc olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın