Menu
Geri İrəli

Dünya heyrət içində: 7 yeni planet tapıldı, həyat əlaməti… – GÖRÜNTÜLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2017 • Baxış sayı: 312 dəfə • Şərh yoxdur

74ad7b2ec30a20eaefb124cca716909fAmerika Birləşmiş Ştatlarının Kosmik Tədqiqatlar agentliyi (NASA) dünyadan 40 işıq ili məsafədə 7 yeni planet kəşf etdiyini açıqlayıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bununla bağlı NASA Günəş sistemindən kənarda kəşf edilmiş planetlər mövzusunda mətbuat konfransı keçirib.

Günəş sistemindən kənardakı ulduzların ətrafında fırlanan və “ekzoplanet” adlandırılan bu planetlərin kəşfinin Yerdən kənarda canlı varlıqların aşkara çıxarılması yolunda əhəmiyyətli addım olacağı bildirilir.

Astronomların Trappist-1 adlandırdığı yeni sistemdə temperaturun Yerdəki ilə oxşar ola biləcəyi ehtimal olunur.

NASA-nın 2018-ci ildə göndərməyi planlaşdırdığı yeni teleskoplar sayəsində 7 yeni planet barədə daha geniş məlumatlar əldə olunacaq. Araşdırmanı aparan astronomlar böyüklüklərinə görə ardıcıllıqla planetlərə TRAPPIST-1b, 1c, 1d, 1e, 1f, 1g ve 1h adlarını veriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın