Menu
Geri İrəli

Ən çox nəyə pul xərcləmişik?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2016 • Baxış sayı: 240 dəfə • Şərh yoxdur
Share Button

Bu ilin yanvar-fevral aylarında rzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 %, qeyri-ərzaq məhsulları isə 3,0 % artıb.

Dövlət statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral aylarında istehlakçılara 4258,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 % artaraq 2150,0 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 3,0 % artaraq 2108,2 milyon manata bərabər olub. 
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5% ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5% elektrik malları və mebelin, 5,7% avtomobil yanacağının, 1,3% əczaçılıq və tibbi malların, 0,9% kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9% isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın