Menu
Geri İrəli

Ən dadlı bayram süfrəsi hazırlamaq istəyənlər üçün – RESEPT

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 2,824 dəfə • Şərh yoxdur

54887Yeni ilə sayılı günlər qalıb. artıq hamı süfrəsini bəzəmək alış-verişlərini etməyə başlayıb. ANS PRESS bayram günlərində süfrənizi bəzəyə biləcəyiniz bir necə yemək reseptini oxucuları ilə bölüşəcək.

Bağban şorbası
1 stəkan qaynamış noxud
1-2 yarpaq kələm
1 ədəd çuğundur
1 ədəd yerkökü
1 ədəd soğan
1 yemək qaşığı tomat
5 stəkan su
3 yemək qaşığı kərə yağı
½ stəkan əriştə
2 yemək qaşığı bulqur
duz,istiot, quru nanə,
Ədvalardan başqa bütün məhsulları bir-bir yuyub iri iri doğrayın. Onların hamısını bir qazanda suyunu əalvə edərək bişirin. Blendrla əzin. Duz və ədvaları əlavə edib bir necə dəqiqiə qaynadın. Daha sonra süfrəyə verə bilərsiz.

Toyuqlu ispan salatı
Toyuğun döş əti
10 ədəd xırda pomidor
Kahı
Keşniş
1 yemək qaşığı soya sousu
Toyuğun döş ətini uzun və nazik doğrayın. Tavada suyunu çəkənə qədər bişirin. 2 yemək qaşığı zeytun yağı əlavə edib qovurubn. 1 yemək qaşığı soya sousunu əlavə edin.
Göyərtiləri bir boşqaba yığın. Üzərinə qızaran toyuqları düzün. Zeytunyağı və sirkə əaləv edərək süfrəyə verə bilərsiz.

Yeni il hind toyuğu
1 ədəd hind toyuğu
Dəfnə yarpağı
1 çay stəkanı zeytunyağı
10 adəd balaca soğan
2-3 diş sarımsaq
5 ədəd bibər
2 adəd pomidor
1 çay qaşığı duz
1 çay qaşığı qırmızıbibər
1 çay qaşığı qara istiot
Plov üçün
1 soğan
4 ovuç düyü
1 ovuç kişmiş
1 ovuc fıstıq
150 qr quzu ciyəri
75 qr kərə yağı
duz, istiot
Su
Əvvəlcə hind toyuğunu yuyun. Soğan və sarımsaqları rəndələyin və ya kiçik-kiçik doğrayın. İçinə 2 limon suyu əlavə edin. Pomidor, duz, qara istiot və şəkəri qarışdıraraq souz hazırlayın. və içinə yağı əlavə edin. Bu souzu hind toyuğunun iş hissəsinə fırça ilə sürtün və bir gecə soyuducuda saxlayın. Sousun qalan hissəsini saxlayın.
Növbəti gün hind toyuğunu sobanın qabına yerləşdirin. İçinə plov qoyduqdan sonra, qalan souzu üzərinə çəkərək bişirin. Nar kimi qızarana qədər sobada qalmalıdır.
İş plovun hazırlanması:
düyüləri üzərini örtən qədər su və duz əlavə edərək yarım saat islatdıqdan sonra süzün. Qazanda fısdıqları bir az qovurun. Sonra kiçik doğranmış soğanları əlavə edin. Soğanlar çəhrayılaşanda ciyərlər qatılır. Ciyər qovrulandan sonra düyü də əlavə edilərək qovrulur. İçərisinə kişmiş,istiot əlavə edilir. Daha sonra 3 stəkan toyuq suyu əlavə edin, şəkəri qatın və edərək az odda 10 dəqiqiə bişirin.

Qabaq şirniyyatı
2 kq balqabaq
1,5 kq toz şəkər
Su
Qoz
Başqabağı təmizləyibdilimlərə ayırın. Yuyulan və qabığı soyulan dilimləri dərin bir qazana yerləşdirin və üzərinə şəkər tökün. 1 gecə suyunun çıxmasını gözləyin. Qabaqdan çıxan su qədər də təmiz su əlavə edin. Ağzı bağlı şəkildə az odda bişirin. Balqabaqlar yumşalanda qapağı açın və suyunu çəkənə qədər bişirin. Suyu sərbət formasına gələndə sobadan götürün. Soyuduqdan sonra yanında qoz və qalmaqla süfrəyə verin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın