Menu
Geri İrəli

Ermənilər niyə türk geni daşıyır?

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2014 • Baxış sayı: 456 dəfə • Şərh yoxdur

64609Rusdilli sosial şəbəkələrdə yayılan bir məlumat erməniləri xeyli narahat edib və türklərin Altaydan gəlmə monqoloidlərin nəsli olması barədə uydurduqları nağılları xeyli səngidib.

ANS PRESS-in məlumatına görə, bu barədə yayılan materialda ermənilərin damarında 31%-ə qədər türk qanı axdığı bildirilir və əsas kimi ermənilərin 31%-nin R1b geni daşıması göstərilir. Misir fironu Tutanhamonda da tapılmış R1b geni Qarabağ ermənilərində, hətta 40 faizə qədər yüksəlir.

Sosial şəbəkə iştirakçılarının həmin geni türk geni adlandırmasının da səbəbləri var. Bir sıra türk xalqlarında bu genin səviyyəsi həddindən yüksəkdir. Məsələn, başqırdlarda bu genin səviyyəsi 87%-ə qədər qalxır. O cümlədən kumandinlərdə (Altay türklərində) 49%, Türkiyənin türkmənşəli əhalisində 31%, türkmənlərdə 37%, uyğurlarda isə 19,2%-ə qədərdir. Genetika elminə görə, bu, həddindən yüksək səviyyədir və məhz buna görə R1b genini türk geni adlandırırlar. Həm də onun Mərkəzi Asiyada yarandığı vurğulanır.

Lakin digər türk xalqlarının, azərbaycanlıların genetikasını araşdırdıqda R1b geninin türklüyə yox, Mərkəzi Asiyaya (Altaya) aid olduğunu müəyyən etmək olur. Azərbaycanlıların genetikasında R1b geninin payı cəmi 11%-dir ki, bu da müəyyən dövrlərdə Orta Asiyadan və Şimali Qafqazdan gələn köçərilərlə bağlıdır.

Azərbaycan əhalisinin 30%-dən çoxu J2 geninin daşıyıcısıdır. Ön Asiyada, daha doğrusu Anadoluda yaranmış J2 geni Troya zamanlarından bu regionda yaşayan əhaliyə məxsus gendir. Vaxtılə Troyada yaşamış tur (so) tayfaları J2 geninin daşıyıcısı olublar. İlk daşıyıcısı təxminən 18 min il əvvəl yaşamış J2 geninin etrüsk məzarlarında da tapılması onun həm də türklərə məxsus olduğunu ortaya çıxarır.

Türklər kimi runa əlifbasını işlədən, mənası aydın sözlərinin əksəriyyəti türkcə olan etrüsklərin atalarının türklər kimi canavar südü əmməsi ilə bağlı da əfsanələri var. Orta Asiyaya da canavar totemi Troyadan gəlib. Əfsanəvi türk hökmdar Alp Ər Tonqanın (Oğuz xaqanın) paytaxtı sayılan Səmərqənd yaxınlığında yerləşən Ustruşanada tapılan və eradan əvvəl 7-8-ci əsrə aid qədim fraqmentlərdə bu əfsanə təsvir edilib. Arxeoloqlar rəsmlərin Troya məktəbinə aid olduğunu vurğulayırlar. Yəni türklərin ataları olan turlar Orta Asiyaya məhz Troyadan gəliblər. Qədim Misir, İran və hett mənbələrində troyalılar “tur”, “turşa”, “turukki” adlandırılırdılar. Herodotun yazdığına görə isə yunanlar troyalılara “so” deyirdilər. Çin mənbələrinə görə, hunların və türklərin ataları “so”lar olub. Türk və sak sözlərinin ilkin variantının “tur+ok” və “so+ok” olduğu, tur oğulları (so oğulları) mənasını verdiyi də bildirilir.

Qazaxıstan alimlərinin sovet illərində Moskvada arxeoloji tapıntılar əsasında sübut etdikləri nəzəriyyəyə görə, 3 min il qabaq Troya müharibələrindən sonra Cunqariyaya köç edən turlar (saklar) əvvəl avropoid olublar. Sonradan yerli meşə xalqları ilə qohumlaşdıqdan sonra onlarda monqolid cizgilər yaranıb. Görünür, turların ən çox qohumlaşdığı xalqlardan biri də məhz R1b genini daşıyanlar olublar ki, onların ilkin dilinin türkcə olduğuna inanmaq çətindir. Bu geni damarlarında başqırdlardan da çox (90%) daşıyan baskların dili çox qədimlərdə qalıb və hazırda mövcud olan heç bir dilə bənzəmir. Bask dili Hind-Avropa dilləri ailəsinə də aid deyil və tamamilə təcrid olunmuş dildir. Alimlərin fikrincə, R1b geninin daşıcıları əvvəllər Mərkəzi Asiyada yaşayıblar və onların bir qismi türklər tərəfindən assimilyasiya edilib. Qalanları isə kelt köçləri nəticəsində Fransa, İspaniya, İrlandiya və Britaniyaya yerləşiblər, sonradan Hind-Avropa ekspenasiyaları zamanı dillərini dəyişiblər. Bu ölkələrə R1b genini daşıyanlar 60-70% təşkil edir.

Ermənilərin də R1b genini kelt köçlərindən əldə etdiyi ehtimal edilir. Herodotun yazdığına görə, ermənilərin babaları friqlər Ön Asiyaya köç etməzdən qabaq Balkan yarımadasında yaşayıblar və görünür, kelt köçləri ilə də elə oralarda çarpazlaşıblar. Yəni daima türklərin Monqolustandan gəldiyini iddia edən ermənilərin əslində özləri Türkiyə köçəriləri səviyyəsində monqolustanlıdırlar. Amma Türkiyə türklərinin içərisində etrüsk genlərini daşıyanlar da az deyil. Gen araşdırmalarına görə, Türkiyə əhalisinin 24%-i etrüsklərə məxsus J2 geninin daşıyıcısıdır. Türkiyənin türkəsilli əhalisində (İç Anadoluda) bu faiz dərəcəsi yüksələrək Azərbaycan türklərində olduğu kimi 30%-i keçir. Yəni bu məsələdə də qardaşıq və “bir millət – iki dövlət” duyğusu boş yerdən yaranmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın