Menu
Geri İrəli

Gənclərlə görüş olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2011 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur

Sabah Potensial Sumqayıt mütəxəssislər Birliyinin konfrans zalında Sumqayıt Gənclər Təşkilatlarının Əlaqələndirmə Şurasının təşkilatçılığı ilə  gənclərlə görüş keçiriləcək.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamına uyğun olaraq təkliflər paketi hazırlayır. Gənclərlə görüşün məqsədi təkliflər paketinin hazırlanmasında gənclərin iştirakçılığını təmin etməkdir.

Tədbirin qonağı Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumun (ASAİF) rəhbəri  Orxan Əkbərov və  Lomonosov adına Moskva Dövlət Universiteti məzunu, Kimya Elmləri üzrə Fəlsəfə Doktoru, London Materiallar Akademiyasının Profesional üzvü, Böyük Britaniya Elmi Şurası tərəfindən təsdiqlənmiş imtiyazlı alim, BP şirkətinin baş mühəndisi, Gənc Xəzər Mühəndisləri İB-nin həm təsisçisi Rüfət Əzizovdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın