Menu
Geri İrəli

Günəş tutulması ilə selfie çəkmək təhlükəlidir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2015 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur
Share Button

35663

Göz ekspertləri xəbərdarlıq edirlər ki, cümə günü baş verəcək Günəş tutulmasını smartfonla çəkənlər kor olmaq riski ilə üzləşə bilərlər.
Optiklər Kolleci bildirir ki, təhlükə Günəşlə selfie çəkərkən daha böyük ola bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, kameranı hətta qısa müddət ərzində Günəşə fokuslamaq gözün arxa divarında yanıqların yaranmasına səbəb olur.
Ekspertlər Günəşə dəliklərdən baxmağı və ona üz tutmamağı məsləhət görürlər.
Günəş təhlükəsizliyi
Cümə günü Birləşmiş Krallıqda Günəşin qismən tutulması baş verəcək. Bu zaman Günəşin qarşısından keçən Ay onun diskinin 98 faizini örtərək ölkəni alatoranlığa bürüyəcək.
Şotlandiya və Şimali İrlandiyada yaşayanlar üçün qaranlıq daha qatı olacaq.
Son 15 ildə bu, bir çoxları üçün ilk dəfə baş verəcək və alimlər hadisənin telefon kamerları ilə çəkilməsini məsləhət görmürlər.
Optiklər Kollecinin kliniki müşaviri Daniel Hardiman-McCartney deyir: “1999-cu ildə böyük tutulma baş verərkən hələ selfie çəkə bilən smartfonlar yox idi. İndi isə adamlar bu hadisəni smartfonla çəkmək istəyərkən təhlükəyə məruz qala bilərlər. Günəş tutulması tədricən baş verdiyindən adamlar qeyri-ixtiyari bir müddət birbaşa Günəşə baxa bilərlər. Bu isə təhlükəlidir”.
O deyir ki, tutulmanın telefondakı şəkli özlüyündə təhlükəli deyil, lakin çəkiliş üçün kameranın fokuslanması təhlükəli ola bilər. Alimin özü tutulmaya televizor ekranı vasitəsilə baxacağını deyir.
Kral Oftalmoloqlar Kolleci bildirir ki, adamların əksəriyyəti üçün Günəş tutulmasına birbaşa baxmağın salamat metodu yoxdur. Belə yerdə kamerlara, binokllara və teleskoplara qara eynəklə baxmaq da kara gəlmir.
Astronomlar Günəşi seyr etmək üçün xüsusi Günəş teleskoplarından və ya filtrlərdən istifadə edirlər. Kollecin dərc etdiyi təlimatda deyilir ki, həkimlər pasientlərin gözlərinin Günəş yanıqlarından daimi kor olması hallarını müşahidə ediblər.
Dəlikli kartonlar və aşsüzənlər
Kral Astronomiya Cəmiyyəti tutulmaya təhlükəsiz baxmağın qaydaları barədə məlumat verib. Buraya Günəş tutulmasının təsvirinin deşikli örtüyü olan kameralardan karton parçası üzərinə salınması da daxildir.
Başqa vasitələrə aşsüzənsayağı çoxlu deşikləri olan karton parçaları və Günəş tutulmaları üçün xüsusi gözlüklər aiddir. Ekspertlər xəbərdarlıq edirlər ki, qara eynəklərdən istifadə etməzdən əvvəl onların şüşəsində cızıqların olub-olmadığını yoxlamaq lazımdır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın