Menu
Geri İrəli

Günəşdə son 2 ildə ən böyük partlayış olub: maqnit fırtınası gözlənilir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur

Bu gün səhər saat 04.40-dan 05.03-ə qədər 23 dəqiqə ərzində son iki ildə Günəşdə ən böyük partlayış baş verib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov məlumat verib. Onun sözlərinə görə, rentgen alışması olan partlayışın gücü 4,9 bal olub. Bundan qabaqkı ən böyük partlayış 2012-ci ilin martında olmuşdu. Həmin partlayışın gücü X 6,3 olub.

 N. Cəlilov deyib ki, bu partlayışın yerdə maqnit fırtınası yaratmaq ehtimalı azdır. Ona görə ki, mənbəyi Günəş diskinin şərq tərəfindədir. Yəni birbaşa Yerə tuşlanmayıb. Bununla yanaşı, Günəşin qərb və şərq tərəflərində böyük alışmalar baş verir. Bu iki mənbənin arasında mərkəzi meridianda birbaşa Yerə tuşlanmış dərin tac dəliyi müşahidə olunur. Bu tac dəliyindən böyük miqdarda kütlə atılır. Bu kütlə 3 gündən sonra Yerdə təlatümlər yarada bilər. Yaranan maqnit fırtınasını xroniki xəstələr, meteohəssas insanlar hiss edəcək. Lakin hansı gücdə maqnit fırtınasının yaranacağını indidən demək çətindir.

gunes-3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın