Menu
Geri İrəli

Hansı mallar, nə qədər bahalaşacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2015 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

a-woman-is-overwhelmed-with-the-wide-range-in-the-supermarke-1Dolların manata nisbətən 48 faiz artmasının ərzağın qiymətinə hansı təsirləri göstərəcəyi hazırda əsas sualdır.

aznews.az-un yaydığı qeyri-rəsmi məlumata görə, dekabrın 21-i axşam saatlarında artıq gündəlik tələbat mallarının yeni qiymətləri ilə bağlı qərar verilib.

İri marketlərə göndərilən siyahıya əsasən, yerli məhsullar 15, siqaret 25, ərzaq məhsullarının böyük əksəriyyəri isə 30 faiz qaldırılacaq. Məlumata görə, böyük mağazaların əməkdaşları bu dəqiqələrdə iş başındadırlar. Onlar təqdim edilən siyahı üzrə məhsulların qiymətlərində dəyişiklik edirlər.

Sayt yazır ki, sabah vətəndaşlar marketlərə daxil olanda tamam başqa qiymətlərlə qarşılaşacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın