Menu
Geri İrəli

Həqiqi kişi təcavüz etməz – yataq otağında qeyri-adi video çarx

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2015 • Baxış sayı: 587 dəfə • Şərh yoxdur

43010969489337“İctimai öhdəliklər” layihəsi çərçivəsində qeyri-adi video çarx hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.

“Həqiqi kişilər təcavüz etməzlər” adlı kampaniyaya aid video çarxda yataq otağında qız və onun sevgilisi əks olunub.

Cütlük burada alkoqollu içki qəbul edir və bir müddət sonra qız sərxoş olaraq yuxuya gedir.

Yerindən qalxan oğlan kameraya yaxınlaşaraq, “O çox içdi və indi tamamilə gücsüzdür. Baxın görün indi nə baş verəcək”, – deyir.

Qızın yanına gedərək onun üstünü örtən oğlan bir daha kameraya yaxınlaşır və kampaniyanın şüarını səsləndirir: “Həqiqi kişi təcavüz etməz”. (ans)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın