Menu
Geri İrəli

İnsan maksimum bu qədər yaşaya bilər – Araşdırma

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 191 dəfə • Şərh yoxdur
Share Button

yashliHollandiyalı alimlər insan ömrü barədə araşdırma aparıb.

Axar.az xəbər verir ki, bu barədə Tilburq Universitetinin rəsmi saytı informasiya yayıb.

Ekspertlər 1986-cı ildən 2016-cı ilə qədər 94 yaşdan yuxarı yaşda vəfat edən 75 mindən çox hollandın ömür müddəti haqqında məlumatları təhlil ediblər. Onlar bunun vasitəsi ilə maksimum insan ömrünü hesablamağa cəhd ediblər. Araşdırma nəticəsində kişi ömrünün maksimum 114 il, qadın ömrünün isə 115.7 il ola biləcəyi müəyyən edilib.

Eyni zamanda, elm adamları son 30 il ərzində insan həyatının maksimum müddətinin dəyişmədiyini bildiriblər. Bu isə o deməkdir ki, gələcəkdə insan ömrünün uzanmasını güman etmək olar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın