Menu
Geri İrəli

`İşsizlərin böyük qismi gənclərdir` – Nazir

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2016 • Baxış sayı: 463 dəfə • Şərh yoxdur

“Hazırda işsizlərin böyük qismini gənclər təşkil edir”.

“Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur:

“Təəssüf ki, işəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər. Bu da yüksək ixtisaslı kadrların hazırlanmasının, bu sahədə təhsil sistemi və peşə hazırlığının hələ ki, yetərli olmaması ilə bağlıdır. Getdikcə əmək bazarında ehtiyac olmayan insan resursları artır. Yəni demoqrafik artım ilə əmək resurslarının mövcud bazarın tələblərinə uyğun hazırlanması prosesi arasında bir disbalans yaranıb. Bunun aradan qaldırılması üçün müxtəlif tədbirlərin həyata keçiriləsi vacibdir”.

Nazirin sözlərinə görə, işəgötürənlərin müasir dövrdə tələbləri də dəyişib: “Bu gün işəgötürənlər kadrların hazırlanması prosesində iştirak etmək istəmirlər. Onlar daha çox hazır, dərhal işə başlayacaq mütəxəssislər tələb edirlər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın