Menu
Geri İrəli

Karvan Ticarət Mərkəzində malı yanan sahibkarların yeganə çıxış yolu- EKSPERT RƏYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 661 dəfə • 1 şərh
Share Button
Bir neçə gün bundan öncə Sumqayıt şəhərinin ən böyük biznes obyekti olan Karvan Ticarət Mərkəzində dəhşətli yanğın baş verdi. Hadisə nəticəsində sumqayıtlı sahibkarlara külli miqdarda ziyan dəyib. 5-700 min manat arası ziyan görənsahibkarlar neçə gündür Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Karvan Ticarət Mərkəzinin qarşısına toplaşaraq onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. Lakin bu günə qədər sahibkarlara dəyiş ziyanın miqdarı qeydə alınsa da, kompensasiya ilə bağlı hər hansı bir açıqlama verilmir. Maraqlı olan budur ki, bu cür hallarda sahibkara dəymiş ziyan qarşılanması kim tərəfindən və hansı formada həyata keçirilir? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Azər Mehdiyev bildirdi ki, baş verən olayda hər hansı bir kompensasiyadan söhbət getməməlidir. Dünyanın inkişaf etmiş ölkələrində bu cür halların sığortalanmadan keçdiyini bildirən ekspert, “könüllü sığorta deyilən bir sığorta ilə sahibkarlar bütün mallarının sığortalayırlar. Çünki onlar çox gözəl bilirlər ki, hər an yanğın kimi faciəvi hadisələrin baş. verməsi mümkündür”, – deyə qeyd etdi: “Burada binanın sığortalanması ilə əmlakın sığortalanması fərqlidir. Əgər əmlak və sözügedən ticarət mərkəzində olan mallar sığortalansa idi, dəymiş ziyan sığorta şirkətləri tərəfindən qarşılanacaqdı. Lakin təəssüflər olsun ki, Azərbaycanda sığorta anlayışı hələ geniş yayılmayıb. Zaman-zaman sığorta ilə bağlı geniş təbliğat aparılsa da, insanların inamsızlığı və məlumatsızlığı bu məsələyə qarşı əhəmiyyətsiz yanaşmalarına gətirib çıxarıb. Təbii ki, nəticədə isə hadisə baş verdikdən sonra kompensasiya ilə bağlı sahibkarlarla dövlət arasında qeyri-müəyyənlik yaranır.”
Azər bəy onu da bildirdi ki, sahibkarların kompensasiya tələblərinin yerinə yetirilməsi ilə bağlı qanunda hər hansı bir mexanizm yoxdur: “ İlk öncə yanğın olayı ilə bağlı dövlətin funksiyası budur ki, hadisənin baş vermə səbəblərini araşdırsın. Əgər baş vermə səbəbləri hansısa təhlükəsizlik və hökumətdən asılı olan səbəblərdən deyilsə, onda dəymiş ziyan sırf sahibkarların üzərində qalır. Bu sırf sahibkarlıq riski sayılır ki, köməyə yalnız sığorta çata bilər. Əksi olarsa, onda sahibkarlar məhkəmə yolu ilə öz haqlarını tələb edə bilərlər. Baş vermiş olay hökumət tərəfindən qarşılanacağı halda isə, bu növbəti dəfə insanların sığortaya qarşı laqeydliyinə gətirib çıxaracaq.”
Ziyan dəymiş sahibkarların kompensasiya ilə bağlı Ticarət Mərkəzinin rəhbərliyinə üz tutması məsələsinə də aydınlıq gətirən ekspert bunları söylədi: “ Burada hər şey ondan asılıdır ki, yanğının baş vermə səbəbi müəyyən edilsin. Sonra ticarətçilər və sahibkarlarla Ticarət Mərkəzinin rəhbərliyi arasındakı müqaviləyə baxılmalıdır. Müqavilə qeyd edilən məsələlərin pozulması və yanğınla bağlı rəhbərliyin məsuliyyətsizliyi ortalığa çıxarsa məhkəmə vasitəsilə bütün iddialar rəhbərliyə qarşı qaldırılmalıdır.”
Xəyal Şükür
Facebook Şərhləndirmə:
Share Button

“Karvan Ticarət Mərkəzində malı yanan sahibkarların yeganə çıxış yolu- EKSPERT RƏYİ” yazısına bir cavab

  1. Səbuhi deyir:

    bes siz bilirsinizki o ticaret merkezinde bir polka goturmekcun rehbere yalvarir o sahibkarlar???

Şərhinizi yazın