Menu
Geri İrəli

Keyfiyətli və şirin qarpızı necə seçməli? (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2016 • Baxış sayı: 666 dəfə • Şərh yoxdur
qarpizQarpız yay fəslinin əvəzolunmaz giləmeyvəsidir. Amma hər zaman olduğu kimi, qarpızdan zəhərlənmə halları daha çox qeydə alınır.
Bəs yaxşı, görəsən, dadlı və eyni zamanda dərmansız olan qarpızı necə tanımaq olar?
baku.ws  xəbər verir ki, əslində, şirin qarpızı seçmək heç də çətin deyil. Qarpızı alan zaman hətta kəsdirmədən dadını müəyyən etmək mümkündür.
Əgər qarpızın bir hissəsi sarı rəngdədirsə deməli, o yetişən zaman torpağın üzərində olub. Yetişmiş giləmeyvənin həmin hissəsində rəngi qəhvəyi-sarımtıl rəng olur. Estetik baxımdan gözəl görünməyən həmin qəhvəyi ləkələr ondan xəbər verir ki, bal arıları tozlanma zamanı qarpızın çiçəyinə qonurlar. Məhz belə olan halda həmin qarpız çox şirin olur.
Onu da deyək ki, bağbanlar öz aralarında qarpızları ikiyə – “dişi” və “erkək”ə ayırırlar. “Oğlanlar” uzunsov, sulu olur. “Qızlar” isə yumru və çox şirin olurlar.
Qarpız seçərkən, nə çox böyüyünü, nə də ki, lap kiçiyini götürmək lazımdır. Optimal olanı orta ölçülüləridir. Onu da deyək ki, yaxşı qarpız öz ölçüsündən ağır gələnidir.
Qarpızın qurumuş saplağı giləmeyvənin kifayət qədər yetişdiyindən xəbər verir. Yox əgər qarpızın saplağı təzə və yaşıldırsa, deməli, giləmeyvə tam yetişməyib.
BAKU.WS

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın