Menu
Geri İrəli

Kişilər niyə xəyanət edir?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2011 • Baxış sayı: 3,641 dəfə • 5 şərh
Share Button

… və qadınlar hansı profilaktik tədbirlərə əl atmalıdırlar?

Biz kişilərin gözünün şorluluq dərəcəsinin çox olması heç bir müayinəyə ehtiyacı olmayan anatomik aksiomdur. Bu fiziki durum qadınların orqanizmi üçün xas deyil – qarşı cinsin nümayəndələrinin bu cür meyilliyi, yumşaq desək, ayağı sürüşkənlik, bir az da irəli getsək fahişəlik kimi dəyərləndirilir. Qadınların hansı səbəblərdən fahişəliyə düçar olduğu (və ya bu yolu seçdiyi) geniş müzakirə olunan məsələlərdəndir, bəs kişilər niyə xəyanət edir? Bax, gördünüz yenə də qadının hərəkətini fahişəlik adlandırdığımız halda, kişinin eyni “gedişini” yalnızca  “xəyanət” adlandırmaqla kifayətləndik – beləliklə də, zərif cinsin nümayəndələrinə cəmiyyətdə gender bərabərliyinin pozulması barədə daha bir fakt vermiş olduq. Nə isə. Mövzuya keçək – beləliklə, kişilərin niyə xəyanət etməsi barədə danışacağıq.

Amerikalı psixoloq M.Gray Neuman “kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparmışdır. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub. Araşdırmanın sonunda kişilərin xəyanət etmə səbəbləri belə bir mənzərə yaradıb:

- Kişilərin 48%-i psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərmişdir. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

- İkinci yerdə isə cinsi problemlər dayanmaqdadır.

Tədqiqatlar göstərir ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalar göstərib ki, əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmançılıq duyğusu ilə yaşayır.

Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Təhlilçilər kişi xəyanətinin səbəblərini bu cür də təsnifləşdirirlər:

* Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə həyatı, sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra axtarışındadır. Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında olacaq.

* Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki, siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu itirəcəksiniz.

* Heç də bütün kişilər kənarda seks axtarmır. Bəzi kişilər sevgilisi ilə tam fərqli xəyallar qurur. Ola bilsin ki, həyat yoldaşınız ailədə özünə lazım və vacib olan emosiyaları ala bilmir.

* Daim xəyanət haqda düşünmək və qorxmaqla onu özünüzə daha asan cəlb etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə əmr veririk və şüursuz olaraq xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq.

***

Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır. Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi bir o qədər vacib hesab etmir. Qadınlar belə hesab edirlər ki, əgər ər varsa, bununla hər şey bitdi. O artıq heç hara getməyəcək.

Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir. İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və s. Bütün bunlar artıq cəlbedici olmayan həyat yoldaşını unutdura bilər.

Lakin heç də hər şey qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya da sadəcə olaraq həmin qadının bəxti gətirib.

Kişilər – ilk olaraq bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb edirlər. Çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə zövq alır.

Əksər kişilər heç də qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi, ümumiyyətlə, hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.

Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti isə hər zaman qəbuledilməzdir. Burada məsələ, ictimai psixologiyadadır. Qadın qədim zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir. Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün namus məsələsidir, desək yanılmarıq. Çünki dostlar arasında bu, kişi qüruru kimi qəbul olunur. Araşdırmalar göstərir ki, kənardakı münasibətlərlə kişilər özlərinə olan güvəni bərpa etməyə çalışırlar.

Nəyə görə qadınlar bunu bağışlayır və ərləri ilə ailə həyatında yaşamağa davam edirlər? Əksər qadınlar sevgilərindən imtina edə bilmirlər və onlara layiq olmayan kişi ilə yaşamağa davam edirlər. Digərləri isə sadəcə övladlarını fikirləşir. Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir.

“Kişilər niyə xəyanət edir” sualımızı sosioloq-psixoloq Elnur Ağayev cavablandırır:

- Təbii ki, xəyanətin özü müxtəlif olduğu kimi, onun səbəbləri də müxtəlifdir. İlk öncə önu qeyd edim ki, xəyanət yalnız fiziki – cinsi mənada başa düşülməməlidir. Başqasını düşünmək, xəyallar qurmaq, hansısa qadına baxıb köks ötürmək, günlərlə onun həsrətiylə yaşamaq özü də xəyanətdir. Bu da kişilərin çox az hissəsi istisna olmaqla hamsında olur, başqa sözlə desək, mənəvi-psixoloji xəyanəti kişilərin təqribən 3/4-ü edir.
Fiziki xəyanət isə kişilərin təqribən 2/5-nə məxsusdur. Kişilər bəzən xəyanətin səbəblərini qadınlarda da görürlər. Onlar hesab edirlər ki, qadın bu həddə çatdırmasa, kişi buna getməz. Ailənin seçdiyi namizədlə, və ya qısa tanışlıqdan sonra evlənməyə qərar verən cütlüklər arasında evləndikdən sonra uyğunsuzluqlar üzə çıxır. Buna baxmayaraq boşanmayıb nəyinsə xatirinə – “Uşaq var”, “Nəslimizdə boşanan olmayıb” deyib ailəni “qorumağa” çalışan kişilər evə ər və ata borcunu yerinə yetirməkçün gəlir. Fikri isə çöldədir. Həyatına maraq qatan insanda. Xüsusən də əylənməyi, yeniliyi sevən kişilərdə xəyanət bu səbəbdən daha çox olur… Digər səbəb isə kişidə qadınına qarşı inamsızlığın olmasıdır. Onda imkan düşən kimi kişi xəyanət edə bilər. Və ya əksinə, qadın kişisinə qarşı inamsız və həddindən artıq qısqanc olanda da xanımlar ehtiyatlı olmalıdır, çünki bu zaman da kişi xəyanətə əl ata bilər.
İlk uşağını dünyaya gətirən qadın bir qisim hallarda artıq bütünlüklə o uşağı sevir. Kişiyə nəinki romantik sözlər, sevgi etirafları etmir, ümumiyyətlə diqqəti azalır. Əlbəttə ki, ata olmaq çox xoşdur. Amma sevilən kişi olduğunu hər zaman hiss etməyə də kişilərin ehtiyacı var. Bu səbəbdən də kənarda romantik görüşlər axtaran kişilər görüşdüyü qadınla aralarında fiziki yaxınlıq olmasa da, romantik söhbətlər edir, xəyallar qururlar…
Başqa bir məqam, nə qədər çox sevsə də, kişi qadınına həmişə diqqət yetirir. Davranışına, xüsusən də görünüşünə. Axı kişilər gözləri ilə sevir. Nişanlı vaxtı hər gün yeni görkəmdə, xüsusi gözəlliklə görüşə gələn qız niyə evlilik dövründə həyat yoldaşının onu pırtlaşıq saçla və ya üstündən xörək qoxusu gələn geyimdə görməsinə razı olur? Odur ki, qadın gərək imkan düşdükcə öz görkəmində – saç düzümü, makiyaj, geyim və sair. həmçinin yataq otağının görünüşündə müəyyən dəyişikliklərə, korrektələrə əl atsın.
Bəzi kişilər özlərini təsdiq etmək üçün xəyanət edirlər. Onlara elə gəlir ki, nə qədər çox xanımla, xüsusən də gözəl xanımla əlaqədə olursa, bir o qədər ağıllı, yaraşıqlı və dəyərlidir.
Bir qisim kişilər də müxtəlif xanımlarla nikaha qədər olan isti, etibarlı münasibətlərini itirmək istəmirlər, odur ki, bəzən bu isti münasibətlər xəyanət həddinədək də gəlib çıxır.
Bəzən xəyanətin başında cinsi problemlər durur, cinsi əlaqə zamanı bir-birlərini anlamayan və ehtiyaclarını təmin edə bilməyən cütlüklər arasında kişilər xəyanətə daha meyilli olur.
Kişilərin bəziləri psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini, ciddi fikir və dünyagörüşü fərqlərinin olmasını da xəyanətlə sonuclaya bilər.

Nəhayət, sonda şorgöz məşhurların adlarını və sevgi məcaralarının anotasiyasını diqqətinizə çatdırırıq:

Tiqer Vuuds – tanınmış qolf ustası həyat yoldaşına striptizçidən ofisianta kimi bütün peşə sahəsində olan qadınlarla xəyanət edib.

Hyu Qrant – aktyor 1995-ci ildə şəxsi avtomobilində fahişə ilə yaxalanıb. Bu hadisədən sonra sevgilisi Elizabet Harley ilə araları dəyib.

Devid Bekhem – futbolçu həyat yoldaşı Viktoriyanı model Rebekka Loos ilə aldadıb.

Cudi Lav – tanınmış aktyor uşaqlarının dayəsi ilə yaxınlaşıb.

Cesse Ceyms – Oskar mükafatlı aktyor yoldaşı Sandra Balloku modellə aldadıb.

Çarli Şin – 44 yaşlı komediya ustası həyat yoldaşına dəfələrlə xəyanət edən kişilərdəndir.

Mel Qibson – Qibson 30 illik evliliyini rus sevgilisi Oksana Qriqoryeva üçün bitirib. Ancaq bu münasibətləri də uzun çəkməyib. Aktyor çevgilisi ilə yollarını ayırıb.

Lari Kinq – həyat yoldaşını onun öz bacısı ilə aldadan aparıcı 8-ci dəfə boşanmağa hazırlaşır.

Maykl Duqlas – cinsi əlaqə asılılığı olan aktyor bu xəsəlikdən qurtulmaq üçün müalicə alıb.

Vudi Allen – rejissor arvadını övladlığa götürduyü qazla aldadıb. Onun kömpüterində qızlarının çılpaq şəkillərini görən həyat yoldaşı rejissoru tərk edib. Allen isə qızlığı ilə evlənib.

Təqdim etdi: Vüsal “168saat”

Facebook Şərhləndirmə:
Share Button

“Kişilər niyə xəyanət edir?” yazısına 5 cavab

  1. Aynure deyir:

    Eslinde yazilanlarla tamamile raziyam. amma bir emma var da _ yuxarida adlari hallanan meshurlarin xanimlari kifayet qeder zovqlu,maraqli ve daim basqalari terefinden arzulanan,diqqet merkezinde olan xanimlardir))) bes onlara niye xeyanet olunur??? gorunur hele tam aciqlanmamis ve oyrenilmemis meqamlar var. ya da ki, kisiler etiraf etmelidirler ki, bir qadin onlara kifayet etmir))ve aile quranda da aciq askar etiraf etsinler – gozel ve istekli xanimim,indiden isini bil,vaxtaasiri men sene xeyanet edecem))) evvelden qadinlari hazirlanq gerekdir – nece deyerler – serti sumda keserler. en edaletlisi budu :) )

  2. Sebine deyir:

    dolgun ve maraqli melumata gore teshekkurler!!!xeyanete biz qadinlar ne etsekde mane ola bilmerik…sadece hiss etdirmemek gerekdir..

  3. nice gril deyir:

    Kiwiler hamisi eynidir sebebi qadinlarda
    Yox ele kiwilerin ozunde axtarmaq lazimdir

  4. MURAD deyir:

    KİŞİLƏRİN HAMISI XƏYANƏT EDİR.HƏTTA TANIDIĞIMIZ BİR QONŞUMUZ VAR,İRAQ OLSUN,42 YAŞI VAR,HƏTTA ŞİKƏST OLUB, ARVADI, 4 ÜŞAĞI VAR, PENSİYASIN ALAN KİMİ FAHİŞƏ YANINA QAÇIR. BUNU BİLƏNLƏR VAR. TAK-ÇTO KİŞİLƏR HƏMİŞƏ FAHİŞƏ YANINA GEDİB VƏ GEDƏCƏK.

  5. Royucka deyir:

    Men cox heddinden cox qisqancam
    Yuxaridaki melumatda deyilirki xeyanetin sebeblerinden bir de budur
    Gerey ozumu duzeldim)))

Şərhinizi yazın