Menu
Geri İrəli

Kişilər bu tərəvəzin şirəsini içsələr…

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur

b_420_0_16777215_0___images_stories_saglamqida_pomidor_sok_1_a3358545e1722b1b904850f52e8a622e

Pomidor şirəsi ən faydalı şirələrdən biri sayılır. Pomidor şirəsi A, C, B qrupu, PP kimi vitaminlər və bir çox əvəzolunmaz minerallarla (kalium, kalsium, maqnezium, fosfor, marqans, sink, dəmir və s.) olduqca zəngindir.
Bu şirə bir çox xəstəliklərin profilaktikası məqsədi ilə təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Pomidor şirəsinin faydalarını təqdim edir:

- Kaliumla və maqneziumla zəngin olan pomidor şirəsi ürək-damar sisteminə çox müsbət təsir edir – ürək əzələsini möhkəmləndirir, damar və kapilyarları qoruyur, damarlarda xolesterininin yığılmasına mane olur, arterial təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır.

- Qlaukoma xəstəliyi zamanı faydalıdır – göz təzyiqini aşağı salır.

- Varikoz xəstəliyinin qarşısını alır.

- Beyində “serotonin” hormonunun ifrazını artırır. Serotonini “xoşbəxtlik hormonu” adlandırırlar. Bu hormon streslə mübarizə etməyə kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır.

- Güclü antioksidant likopinlə zəngin olan pomidor şirəsi xərçəng əleyhinə təsirə malikdir.

- Pomidor şirəsi orqanizmə iltihab və mikrob əleyhinə təsir edir.

- Cavanlaşdırıcı təsirə malikdir, dərinin vəziyyətinə müsbət təsir edir.

- Hamilə qadınlarda ürək bulanması zamanı yaxşı kömək edir.

- Maddələr mübadiləsi proseslərini sürətləndirir, arıqlamağa kömək edir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir.

- Pomidor şirəsi kişilərdə prostat vəzi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur.

Lakin onu da nəzərə almaq lazımdır ki, ciddi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu şirəni qəbul etmək olmaz.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın