Menu
Geri İrəli

Kombilərdən istifadə zamanı qaz sərfiyyatını bu yolla 35 faiz azaldın – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2017 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur
Share Button

Azəristiliktəchizatİstisu xətləri, radiatorlar, bir sözlə bütün kombi sistemi xüsusi avadanlıqla yuyulur və bununla da qaz sərfiyyatı azalır. Ölkəmizə yeni getirilən xususi avadanlıq kombi üçün istifadə edilən qaza 35 faizə qədər qənaət etməyə imkan verir.

sumqayitxeber.com “Xəzər xəbər”ə istinadla xəbər verir ki, kombi sistemi xüsusi avadanlıqla yuyulur və proses zamanı şəbəkədən qap-qara rəngli su tökülür. Üstəlik, su tamamilə lildən ibarətdir.

Ölkəmizə yeni gətirilən avdanlıq vasitəsi ilə radiatorlar və kombi açılmadan bir nöqtədən qoşulmaqla kombi sistemini yumaq mümkündür. Bu üsul isə qaza böyük həcmdə qənaət etməyə imkan verir.

Sistem yuyulduqdan sonra tıxanmış yollar açıldığından, su daha rahat dövr elədiyi və təmiz suyun qızması daha tez baş verdiyi üçün qazın sərfiyyatı da azalır.

Usta Zaur Allahverdiyevin sözlərinə görə, radiotorun içindəki su təmizlənmədikdə bu, tez-tez kombilərin sıradan çıxmasına və evin yaxşı isinməməsinə səbəb olur.

Bu prosesin maksimum hər 4 ildən bir təkrarlanması məsləhət görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın