Menu
Geri İrəli

Kredit borcları silinən sumqayıtlı şəhid anası: “O bank işçisinin cəzalanmasını istəmirəm” – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2016 • Baxış sayı: 2,028 dəfə • Şərh yoxdur
Share Button

sehid anasiAprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi kredit borclarının “Bank of Baku” tərəfindən bağlaması bağlı qərara münasibət bildirib.
AzNews.az-a açıqlama verən şəhid anası Zemfira Baxışova kredit borclarını bağladığına görə banka təşəkkür edib. O, sözügedən bankın əməkdaşı tərəfindən kobudluqla qarşılaşmasına rəğmən, onun cəzalandırılmasını istəmədiyini dilə gətirib: ”Bank işçilərinin cəzalandırılmasını istəmirəm. Mən istəməzdim ki, bu məsələ qalmaqalla başa çatsın. Mən o pulu Seymur üçün götürmüşdüm. Uşağım olmayandan sonra nə istəyirlər etsinlər. Mən onsuz da ana kimi ölmüşəm. Allah heç kəsin başına gətirməsin, mən bilmirdim uşaq ölümü nədir. Çox xoşbəxt qadın idim. İki otaqlı mənzildə hamı yerləşirdi, hamı xoşbəxt idi. İndi isə hamıdan bədbəxt bir qadınam”.

Qeyd edək ki, Seymur Baxışovun ailəsi dünən saytımıza müraciət edərək “Bank of Baku” tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi: “Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki… Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin””.

Bu gün isə “Bank of Baku” sözügedən şəhid ailəsinin kredit borclarını bağladığına dair açıqlama yayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın