Menu
Geri İrəli

Leyla Əliyeva yaradıcılığından danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2014 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur

leyla-aliyevaAzərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva özü haqqda maraqlı açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru şəxsi İnstaqram səhifəsində paylaşdığı statusunda yaradıcılığı barədə maraqlı məqamlara toxunub. Leyla xanım şeir yazmağı və haradan ilham aldığını vurğulayıb. Leyla Əliyevanın yazdıqlarını olduğu kimi sizə təqdim edirik:

“Yaradıcılıq mənim üçün öz emosiyalarını nümayiş etmək, hər şey, daxilimdə yığılan hisslər, məni narahat edən nələr isə deməkdir. Uşaqlıq vaxtlarımdan rəsm çəkməyi sevirdim, şeirlər isə öz-özünə gəlirdi ağlıma, onları vərəqə köçürürdüm. Aylarla heç nə yazmaya bilərəm, amma elə bir vaxt olur ki, başlayıram və dayana bilmirəm. Bəziləri yazdıqlarımı birbaşa olaraq mənimlə əlaqələndirirlər, amma bu belə deyil. Bu, bütün insanlarda olan böyük bir hisslərdir, hər bir insan həyatının hansısa bir anında həyacanlar keçirir. Misal üçün, mənim şeirlərim və rəsmlərim qəmgin notlar üzərində yığılır, amma təbiətcə bu mənə çox az məxsusdur”.

Bundan əlavə olaraq Leyla Əliyeva təkliyi sevmədiyini, hər zaman ətrafında çox insanların olmasını istədiyini vurğulayıb: “Tək qalmağı xoşlamıram, ətrafımda çox insanın olması mənə xoşdur. Ola bilsin ki, şən əhval-ruhiyyəmi, insanların çoxluğunu sevməyim məni sevən və qayğıma qalan insanların ətrafında böyüməyim ilə bağlıdır. Amma şəxsi həyatım da mənə çox şeyləri öyrədib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın