Menu
Geri İrəli

Maaş günləri ölüm riski artırmış

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2014 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur
Share Button

urek tutmaİnsanların ölməsi riski əmək haqqı verilən günlər təxminən 23% artır. Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qənaətə Almaniyanın Bonn şəhərində yerləşən Əmək İqtisadiyyatının Tədqiqi İnstitutunun mütəxəssisləri gəlib. Onlar bununla bağlı tədqiqatı İsveçin dövlət sektorunda aparıblar. Bu ölkədə əmək qabiliyyətli əhalinin 22%-i dövlət işində işləyir. Alman mütəxəssislərin fikrincə, tədqiqat özəl sektoru da əhatə etsə, İsveçdə hər il 96 nəfərin əmək haqqı alan günü həyatını itirdiyi üzə çıxar.

Ölüm statistikasına ən əhəmiyyətli töhfəni maaşı az olanlar, əsasən isə yaşı 18-35 arasında dəyişənlər verir. Tədqiqatçılar yüksək ölüm göstəricisinin spirtli içki və narkotik ilə bilavasitə bağlı olduğu haqda fərziyyəni rədd ediblər. Çoxları belə düşünürdü ki, gənclər əllərinə pul keçən kimi, onu düşünmədən müxtəlif istiqamətlərə xərcləməyə başlayırlar. Lakin tədqiqatdan məlum olub ki, əmək haqqı verilən gün insanlar işdən evə gec gedir, yemək və digər məqsədlər üçün daha çox pul xərcləyirlər. Bu məsələdə gənc və kasıb təbəqə xüsusiıə fərqlənir, onlar ayın böyük hissəsini sərt qənaət etməyə məcbur olurlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın