Menu
Geri İrəli

Marsda şirin su izi aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2013 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur

Qədimdə Marsdakı şirin su gölündə həyatın olduğu ehtimal edilir.

 Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Sceince» elmi jurnalı «Curiosity» marsgəzəyəninin Sarı Bıçaq Buxtası və Geyla kraterində apardığı araşdırma ilə bağlı özəl buraxılış çap edib.

 Əldə edilən məlumata əsasən, müəyyənləşdirilib ki, 3,6 milyard il öncə Geyla kraterində belə bir göl var imiş.

 Onun suyu şirin olmaqla yanaşı, tərkibində karbon, oksigen, hidrogen, azot və kükürd kimi həyat üçün vacib elementlər də olub.

 Alimlərin qənaətincə, orada onlarla (bəlkə yüz minlərlə) belə göl mövcud imiş və həmin su hövzələrində aerob bakteriyalar yaşayırmış.

mrs

Facebook Şərhləndirmə:

Şərhinizi yazın