Menu
Geri İrəli

May ayında “Instagram”da yerləşdirilən ən populyar – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2017 • Baxış sayı: 393 dəfə • Şərh yoxdur

15Səyahətçilər, ekstremal və analar tərəfindən çəkilmiş ən populyar “Instagram” şəkilləri qeyri-adi məzmunu, parlaqlığı və gizli konteksti ilə təəccübləndirir. Onların içindən seçilən ən yaxşıları proqramın rəsmi səhifəsində dərc edilir. Yenilənməni isə bütün dünyadan olan 223 milyondan çox istifadəçi gözləyir.

Oxu.Az Lenta.ru-ya istinadən may ayı ərzində dərc edilən ən yaxşı kadrları təqdim edir.

Foto: @franmart_
İspaniyanın Malaqa şəhərindən olan fotoqraf Fran Mart, hər zaman sarı, qırmızıya çalan qəhvəyi və mis rəngli çalarlar cəlb edirdi. Bu səbəbdən də o, təbiətində bu rənglərin zəngin olduğu Şotlandiyaya köçüb.

Foto: @allthatisshe
Böyük Britaniya sakini Dominik öz qızları ilə birgə səhər yeməyindən öncə yataqda şəkil çəkdirib.

Foto: @reagandoodle
Sendi Sviridoff nəvəsi və Riqan ləqəbli labradudlunu yoqa ilə məşğul olarkən çəkib.

Foto: @tongorostudio
29 yaşlı Sara Diuf Afrikada geyim brendi yaradıb. Sara Fransada doğulub, amma Dakara (Seneqal) köçüb və birinci atelyesini açıb. O, ölkənin gücünə inanır və sakinləri öz arzularının reallaşması üçün səy göstərməyə çağırır.

Foto: @sarahwilkerson
Şəkili fotoqraf, vəkil, yazıçı və dörd uşaq anası Sara Uilkerson çəkib. “Günün sonunda adi və gözəl xaos” – yazıb.

Foto: @halluci_nantes
Fransalı fotoqraf Paskal Fortu qürub zamanı atlının şəklini çəkib.

Foto: @2ndfloorguy
Fotoqraf Rendi Heron Manhetteni (Nyu-York) quş uçuşu yüksəkliyindən çəkib.

Foto: @carlaeez
Karla adlı fotoqraf oğlunu çəkib.

Foto: @steffimarla
Stefani “insanın heç nəyi düşünmədiyi halını” əks etdirmək istəyirdi.

Foto: @khairulazmas
Sinqapurda Ticarət mərkəzlərinin birinin işıqsaçan pillələri

Foto: @max_et_louise
Lissabonda (Portuqaliya) Maks və Luiza adlı itlər suda olmaqdan həzz alır.

Foto: @johanboeuf
Yohan Korminboyfun İsveçrədən Dolomitov Alpına piyada səyahəti. O, bu macəraya dostları ilə razılaşıb. “Mən dizayner işləyirəm, iş həftəsində hər anımı istədiyim kimi yaşayıb həzz ala bilmirəm. Amma buna bənzər saniyələrdə yaşadığımı, həyatda olduğumu hiss edirəm”, – o, deyib.

Foto: @gabrielbouys
Fotoqrag Qabriel Boys İnstagram haqqında qızından öyrənib. O, Fransada yaşayır və fotojurnalist kimi hər gün KİV üçün çoxsaylı kadrlar çəkir. Amma səhifəsində kontenti özü seçən fotoqraf özünü tam sərbəst hiss edir.  “Bu səhifə mənə fotoqrafiyanın əyləncəli iş ola biləcəyini xatırladır”, – o, deyib.

Foto: @gafarsonn
Animasiya həvəskarı olan Nijat Qafarson Vyana parklarının birində iti ilə gəzən qızı görüb və həmin an təsəvvüründə dördayaqlı dostu ilə gəzən şahzadə haqqında hekayə oyanıb.

Foto: @serkanncolak
Türkiyənin İzmir şəhərindən olan fotoqraf Serkan Kolak güzgülər ilə oynayan qızını çəkib.

Foto: @nineoutoften
“Qrub zamanı kölgələrin divara düşməsini sevirəm” – Berlin sakini Stefan Tartzer deyib. O, yerli bazara gedərək orada günün sonunda yaranan atmosferi kadrlarda əks etdirməyə çalışıb.

Foto: @johnbam_
Cənubi Koreyanın Çecudo əyalətində yeni evlənən cütlüyün şarlar şəkilini fotoqraf Conqbiom Li çəkib.

S.S.
www.oxu.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın