Menu
Geri İrəli

“Milliyet” Xoşqədəm Hidayətqızından manşet xəbəri verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2014 • Baxış sayı: 1,030 dəfə • Şərh yoxdur
xosqedemTürkiyədə çıxan “Milliyet” qəzeti azərbaycanlı jurnalist Xoşqədəm Hidayətqızının rast olduğu hadisə haqqında manşet xəbəri yayıb.
Qəzet X.Hidayətqızını “Azərbaycanın Mügə Anlısı” adlandıraraq qeyd edir ki, azərbaycanlı televizyonçu Türkiyədə “girov” götürülən azərbaycanlı gəncin axtarışı üçün İstanbula gəlib və burada sıradışı bir hadisə ilə üzləşib. Belə ki, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqizi Bakı sakini Kamran Məmmədzadəyə proqramında yer verib və həmin şəxs verilişdə iştirak edərək “Səni axtarıram” verilişindən  kömək istəyib.  23 yaşlı K. Məmmədzadə qumarda 50 min Türkiyə lirəsi (19 200 AZN) uduzduğu üçün girov saxlanıldığını bildirib. Bundan sonra Azərbaycanın Türkiyədəki baş konsulluğu Türkiyə polisinə müraciət edib və onlar “zərərçəkən”in yerini müəyyən ediblər. Polis K.Məmmədzadə oteldə rus qadınla əylənərəkən tutub.
“Milliyet” yazır ki, “Səni axtarıram” verilişinin komandası əməliyyatı lentə almaq üçün İstanbula gedib və “girovluqdan azad ediləsi şəxsin rus qadınla əylənməsi olayından xəbər tutaraq şoka düşüb.  K.Məmmədzadə deyib ki, o,  pullarını qumarda uduzduqdan sonra ailəsinə yalan danışmağa məcbur olub.
Azerbaycan'ın Müge Anlı'sına şok!
Musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın