Menu
Geri İrəli

Müalicəsi olmayan yen xəstəlik: “Selfies”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 402 dəfə • Şərh yoxdur

selfie“Selfi”, yaxud “özünüçək”ə ehtiras psixoloji pozuntunun əlamətidir.

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, mütəxəssislər tərəfindən bu rəsmi olaraq, təsdiq edilib.

Çikaqoda yerləşən “Adobo Chronicles” Assosiasiyası bildirib ki, bu, yeni xəstəlik “selfies” adlanır.

Assosiasiyanın məlumatına əsasən, bu xəstəlik üç səviyyəyə bölünür:

Birinci – epizodik: adam gündə üç dəfə öz fotosunu çəkir, ancaq sosial şəbəkəyə yükləmir.

İkinci – xəstəliyin iti halı: adam gündə azı üç dəfə fotosunu çəkir və sosial şəbəkəyə yükləyir.

Üçüncü – xroniki hal: adam öz fotosunu çəkməyə nəzarəti itirir, gecə-gündüz fotosunu çəkir, gündə azı altı dəfə onları sosial şəbəkəyə yükləyir.

Mənbə qeyd edib ki, hazırda bu xəstəliyin müalicəsi yoxdur. Bəziləri bu xəstəlikdən xilas olmağın yeganə yolu kimi cib telefonunu məhv etməkdə görür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın