Menu
Geri İrəli

Narkomaniya şəhər mikrorayonlarını sürətlə cənginə alır

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2010 • Baxış sayı: 550 dəfə • 3 şərh

9-cu mikrorayon sakini hər gün şahid olduqlarını “168 saat”a danışır

big_narkomaniya_uchenyie_issledovaniyaStatistika göstərir ki, Sumqayıt ölkədə narkomaniya və narkobiznesinə kök atdığı şəhərlər arasında liderlərdəndir. Çox təəssüflər ki, görülən bütün maarifləndirici, tərbiyəvi və inzibati tədbirlərə baxmayaraq “ağ ölüm” nəinki ölmək bilmir, hər gün, bəlkə də hər gün yenidən doğulur.

Baxmayaraq ki, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar ardıcıl xarakter daşıyır, eləcə də ayrı hökumət və qeyri-hökumət təşkilatları tərəfindən ən müxtəlif profilaktik tədbirlər həyata keçirilir, nəticə dəyişmir. Qeyri-rəsmi statistikaya görə, şəhərdə 1 il ərzində daha 10-15 nəfər narkomaniyaya qurşanır. Rəsmi statiska da şəhərdə narkomanaların sayının artdığını istisna etmir.

Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanserindən “168 saat”a verilən məlumatdan da görünür ki, vəziyyət ürəkaçan deyil. Əgər 2008-ci ilin ilk 6 ayında şəhərdə 1093 narkoman qeydiyyatda idisə, 2009-cu ilin ilk yarısında bu rəqəm 1237-yə qədər yüksəlib.

Şəhərin bir çox məhəllə və mikrorayonlarında narkomaniyanın tüğyan etdiyini şəhər sakinləri də hiss edir. Onlardan biri ilə – adının çəkilməsini istəməyən 9-cu mikrorayon sakini ilə əməkdaşımızın dialoqunu olduğu kimi təqdim edirik:

- Doğrudanmı, Sumqayıtda narkomaniya sürətlə genişlənir?

- Bəli, vəziyyət yaxşı deyil. Əvvəllər gənclər futbola və kitabxanalara can atardı. İndi isə siqaret, narkotik vasitələr, bar və diskotekalar onları daha çox maraqlandırır. Mən Sumqayıtda yaşasam da Bakıda işləyirəm. Mənə elə gəlir ki, bu baxımdan Sumqayıtda vəziyyət hətta paytaxtdan da pisdir.

- Deyilənə görə, bu mikrorayonda (9-cu mikrorayon nəzərdə tutulur – red.) vəziyyət daha acınacaqlıdır.

- Bəli, elədir. Az qala hər binada bir neçə narkoman tapa bilərsiniz. Mikrorayonda onların hamısını demək olar ki, hamı tanıyır. Bəziləri lap ağını çıxarıblar – “podyezlərə” qədər ayaq açıblar. Yer tapmayanda gəlib “podyezlərə” girirlər. Səhər də gəlirsən ki, iynələri töküblər hara gəldi.

- Bəs polisə bu barədə məlumat vermisiniz?

- Bir neçəsini tutub basıblar içəri. Bəzilərini isə tuturlar, ancaq çıxandan sonra yenə eyni işlə məşğul olurlar. Nə xeyri var ki?!

- Yəqin həmin adamlar həm də alış-verişlə məşğul olarlar.

- Bəs necə? Əməlli-başlı alver gedir. Ayrı-ayrı qruplardır, hamısı bu işlə məşğul olur. Elə obyektlər də var ki, onlar da bu işin içindədirlər. Tutaq ki, çayxanadır, ya kafedir, ancaq gizli-gizli bu işlə də məşğul olur.

Vüsal Mətləboğlu, “168 saat”

Facebook Şərhləndirmə:

“Narkomaniya şəhər mikrorayonlarını sürətlə cənginə alır” yazısına 3 cavab

  1. Gunel deyir:

    Men buralarda gezen polislere defelerle demishem ki burad narkoman olmur gedin 9 cu mkr da axtarin amma onlar ele oz bildiklerini deyirler ki yoox en cox kvartal da olur kvartlada narkomanin ne ishi var axi

  2. Narahat sumqayitli deyir:

    xususile 9-cu mikrorayonda veziyyet dogurdan biyabirchiliqdir. Narkomaniya tugyan edir. Men ozum neche defe podezdde iyne vuran gormushem. Men gormushemse usaglar da gorur, gadinlar da, bir sozle hami..

    Aidiyyeti qurumlari tecili tedbir gormeye chagiriram. Narkomaniya sheherde umumi ictimai muhiti korlayir, insanlari risk altina atir, gencler uchun pis ornek olur.. Bir sozle, bu, butun sumqayitlilari tehdir edir!!!

    Sumxebere bu movzunu diqqetde saxladigina gore teshekkur edirem..

  3. Bahar deyir:

    Narkomanlarin sayian goe mence birinci yeri Corat qesebesi tutar.Az qala her evde narkoman var.Hem satirlar ,hem de ozleri istifade edirler.
    Huquq-muhafize orqanlari hansi isi gorub o mene maraqlidi.Hamisi elbirdiler ele.Haisini bir-bir taniyirlar.Amma tutub iceri salmirlar.Ne serf eleyir ee onlara.Narkotik almaga pulu gucnen tapurlar qaldiki, polislere pul versinler.Onlar da uagi 1 gun saxlayib buraxirlar.
    Insanin ozunun gerek iradesi olsun.Ay dostlari pis idi,narkomaniyaya qursattilar ne bilim ne..hamisi bos seydi.Agli basinda olan elemez bunu.O narkomanlarin anasina sebr dileyirem men Alahdan.Neler cekirler yaziqlar.

Şərhinizi yazın