Menu
Geri İrəli

Natali Sokolevskaya: Azərbaycanlılar qızlara çox gözəl qulluq edirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 691 dəfə • Şərh yoxdur

natali

“Burda elə əvvəllər olduğu kimi oğlana gəlini valideynlər seçir”.

Belaruslu Bakıda keçirilən gözəllik müsabiqəsində baş verən qalmaqalın səbəbkarı olub. Tarixdə ilk dəfə “Miss Azərbaycan” xarici vətəndaş olub: tacın sahibi Natali Sokolevskaya olub. O, Qomeldə doğulub və Şərqə 18 yaşında köçüb.

Amma vətəndaşlığını hələ də dəyişməyib. Bu fakt ictimaiyyəti daha çox qəzəbləndirib. Yerli KİV təşkilatçıları qaydaları pozmaqda, qalibi isə münsiflərə rüşvət verməkdə ittiham ediblər.

Oxu.Az xəbər verir ki, TUT.BY Belarus informasiya portalının “Miss Azərbaycan – 2015” gözəllik müsabiqəsinin qalibi Natali Sokolevskaya ilə müsahibəsi məhz bununla başlayır.

Öz müsahibəsində Natali Belarusu çox sevdiyini söyləyib, axı bura onun vətənidir, amma…

“Amma etiraf etmək lazımdır ki, bəzi meyarlara görə biz digərlərindən geri qalırıq. Azərbaycan zəngindir və bizdən irəlidədir. Bu hətta xırda şeylərdə də təzahür edir. Məsələn, burada dəb daha yaxşı inkişaf edib, insanlar daha gözəl geyinirlər”, – Natali Azərbaycanı belə çox sevməsinin səbəbini izah edib.

Natali Azərbaycanda 8 ildir yaşadığını və artıq gözəçarpacaq “şərq” ləhçəsi ilə danışdığını bildirib. Özü isə bunu hiss etmədiyini deyib. Valideynlərinin yanına qonaq çox nadir hallarda gəlir. Son dəfə Homeldə yanvar ayında olub.

“Ən çox Belarus yeməyi üçün darıxıram. Evə gəlməyə hazırlaşanda anam mənim üçün nə bişirməsini istədiyimi soruşanda salat altında balıq, dranik və qəlisləşdirilmiş ət suyunu istəyirəm”

Natali Azərbaycanın onun mənəvi vətəni olduğunu deyir. “Niyə?” sualına isə əzbərlənmiş bir ifadə ilə cavab verir: yeni məkan, gözəl təbiəti, unikal milli adətləri və qonaqpərvərliyi ilə məni heyran edib… Slavyan gözəli müsəlman ölkəsində öz yaşamında çətinlik görmür. Amma yerli kişi ilə ailə qurmaq istəmir:

“Azərbaycanlılar belaruslardan fərqli olaraq qızlara çox gözəl qulluq edirlər. Buna baxmayaraq mən onlara potensial ər kimi baxmıram – Natali etiraf edir. – Onlar azərbaycanlılarla evlənirlər. Onlarda qan qarışdırmaq qəbul edilmir. Burda elə əvvəllər olduğu kimi oğlana gəlini valideynlər seçir. Bu, onlar üçün normaldır: bu nəsildən-nəsilə keçən ənənədir.

Natali həm də azərbaycanlı kişilərin şorgöz olduğunu düşünür:

“Mənim üçün ailə həyatında sədaqət çox önəmlidir. Münasibətlər yalansız və xəyanətsiz qurulmalıdır, – öz prinsiplərini açan qız bildirib. – Bizdə Bakıda çox türklər işləyir. Onlar bu planda daha müasirdirlər. Və həyatımı türk ilə qurmağa razılaşardım”.

Gözəl özünün “Miss Azərbaycan” müsabiqəsində iştirakından da danışıb:

“Bu il mən “Miss Azərbaycan”ın kastinqində iştirak etmişəm. Təşkilatçılar, vətəndaşlığımın olmamasının iştirak üçün maneə olmadığını söylədilər. Həm də əgər mən Bakıda uzun illərdir ki, yaşayıram. Yarım il məşq etdik, arada keçirilən seçmə turları keçdik, nəticədə taca sahib oldum. Etiraf edim ki, bu, asan olmadı”.

Bundan başqa, gözələ bahalı brilyant kolye, sırğa və Antalyanın beşulduzlu otelində bir həftəlik istirahət hədiyyə ediblər.

“Bizim podiumda üç çıxışımız var idi. Çimərlik geyimləri olan dəfiləni burada bir neçə il öncə ləğv ediblər, – Natali danışır. – Belə ki, bu dəfiləyə görə valideynlər qızlarını bu müsabiqəyə getməyə icazə vermirdilər. Burda ümumiyyətlə, qızın özünü nümayiş etdirməsi yaxşı əlamət hesab edilmir”.

Belaruslu qızın qələbəsinə Azərbaycanda demək olar ki, şərik çıxan olmadı:

“Finalda 12 iştirakçı var idi. Müsabiqəyə qədər hamımızın problemsiz ünsiyyəti mövcud idi. Amma məni qələbə münasibəti ilə yalnız 3 qız təbrik etdi. Bu, çox xətrimə dəydi”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın