Menu
Geri İrəli

Nazirlərin gəncliyi | Ziya Məmmədov 12 il birotaqlı evdə yaşayıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2015 • Baxış sayı: 1,062 dəfə • 1 şərh

ziya memmedovun surduyu qatar pl2“Ziya çox yaxşı işçi idi. Bütün tapşıqlarıma vaxtında əməl edirdi. Çox zəhmetkeş idi. Maşinist köməkçisi işlədiyi vaxtlarda heç vaxt mənim sözümdən çıxmırdı. Bu gün də mənim dediklərimə qulaq asır”.
Söhbət Nəqliyyat naziri Ziya Məmmədovdan gedir. AzVision.az nazirin gənclik illərinə işıq salmağa çalışıb.

Ziya Məmmədovun lap gənc ikən çalışdığı Biləcəri Lokomotiv Deposunda 1970-ci illərdən maşinist işləyən Mirzə Nərimanov deyir ki, indi də Ziya Məmmədovla görüşür.

`Şöhrət` ordenli fəxri dəmiryolçu Nazim Abbasov da bir zamanlar eyni yataqxanada qaldığı, iş yoldaşı, dostu və qonşusu ilə bağlı xatirlərini bölüşdü:

- 1970-ci ilin avqustunda mən Biləcəri Lokomotiv Deposunda maşinist köməkçisi vəzifəsində işləməyə başlamışam. Bu günə qədər də işləyirəm. 1974-c u ildə Ziya hərbi xidmətdən qayıtmışdı. O, 2 nömrəli Dəmir Yolu Liseynin maşinist köməkçisi bölməsini bitirmişdi. Həmin ildən biz onunla yataqxanda birlikdə qalmağa başladıq. Ziya da maşinist köməkçisi işləyirdi.

O, yataqxanda 56 saylı otaqda qalırdı. Depoya gələndən bəri yalnız öz işi ilə məşğul olurdu. Həmin vaxtlar dəmir yolunda çox sərt qanunları vardı. Ziya müəllim yaxşı, səliqəli işlədiyində görə il yarımdan sonra maşinist oldu. Dəmir yolunun bütün qanunlarını da çox tez mənimsəmişdi.

O, kasıb müəllim ailəsindən gəlmişdi. Ailədə 9 övladdırlar: 5 qardaş, 4 bacı. Ataları rəhmətlik Arzuman kişi rus dili müəllimi idi. 11 nəfərlik bir ailə uzun müddət iki otaqlı mənzildə yaşayıblar. Ziya bir ildən çox maşinist işlədi. Daha sonra Partiya Komitəsinə sədr seçildi. Bir-iki il işlədikdən sonra Həmkarlar İttifaqının, 3 ildən sonra isə Kadrlar Şöbəsinin sədri oldu. Daha sonra Dəvəçi rayonunda Lokomotiv Deposunun rəisi vəzifəsində işləməyə başladı.

O, maşinist köməkçisi işlədiyi vaxtlarda depoda aylıq iş norması 150-180 saat idi. Bundan yuxarı aylıq iş norması yox idi. O vaxtlar Ziya 450-500 saat maşinist köməkçisi işləyirdi. Heç kəs elə işləmirdi. Həmişə dəmir yolunun formasını geyinirdi. Dəmir yolunda maşinist köməkçisinin bir səhvi dövlətə milyardalarla ziyan vura bilər.

Ziya müəllim işdə çox dəqiq olub. O vaxtlar bizim qatarlar İmişliyə, Ucara, Hacıqabula, Əlibayramlıya (indiki Şirvan) işləyirdi. 8-12 saat qatarda yol gedirdik. İşimizə görə də yaxşı əmək haqqı alırdıq. Maşinist köməkçisi olan Ziya müəllim 600-700 manat pul alırdı. Rayonun birinci katibləri isə 300 manat alırdılar. Ziya çox əziyyət çəkib. Ayda elə olurdu ki, 5-6 gecə yatırdı. Bütün günü yollarda keçirdi.

Nazim Abbasov bir zamanlar Ziya Məmmədovla birlikdə qaldıqları yataqxana həyatlarından da söhbət açdı:

- Ziya müəllim 6 il yataqxanda qaldı. Onunla mən qonşu otaqlarda qalırdıq. Biz bir tikəni də yarı bölüb? yeyirdik. Səfərlərimiz zamanı yeməyi bir boşqaba çəkib yemişik. Çox çətinliklərə dözmüşük.

Ziya qardaşı Nəriman müəllimdən sonra evin ikinci böyük oğlu idi. Digər 3 qardaş da dəmir yolunda maşinist köməkçisi vəzifələrində çalışıblar. Elton müəllimdən başqa bütün qardaşlar dəmiryolçu olublar. Nəriman müəllim Bakıda dəmir yolu vağzalında stansiya növbətçisi olub. Sonra Gəncədə dairə dispetçeri olub. Qardaşlar dəmir yolunda böyüyüblər.

Yataqxanada 400-500-ə yaxın maşinist və onların köməkçiləri qalırdı. Biz hamımız rayonlardan, kəndlərdən gəlmiş gənc oğlanlar idik. Növbə ilə yemək bişirirdik. Rayondan hazır yeməklər, meyvələr gətirirdik. Onları qardaş malı kimi aramızda bölürdük. Ziya çox yaxşı dost idi. Hamımıza kömək edirdi. Onun yaddaşı da çox yaxşıdır.

Həmin vaxtlarda dəmir yolunda işləyənlərin əksəriyyəti rus dillilər idi. Rayondan gələnlər isə rus dilini bilmirdilər. Ziyanın atası rus dili müəllimi idi, ona görə də Ziya rus dilini bilirdi. O, rayondan gələn gənclərə rus dili ilə bağlı köməklik edirdi.

Ziya maşinist işləyən zaman Rostovdakı Universitetə daxil oldu. Qiyabi təhsil alırdı. Mən də bir zaman onun köməkçisi işləmişəm.

O, Gəncədə də Depo rəisi işlədi. Sonra Bakıda Lokomativ İstismar idarəsinin rəisi vəzifəsində çalışmağa başladı. 1993-cü ildə Dəmir Yolları İdarəsinin rəisi müavini, bir il sonra həmin idarənin rəisi təyin olundu. Ulu Öndərimiz Heydər Əliyev Ziya müəllimin dəmir yolundakı uğurlu fəaliyyətini gördü və onu yeni yaradılan Nəqliyyat Nazirliyinə rəhbər təyin etdi.

Həmsöhbətim deyir ki, Ziya Məmmədov yataqxanda qalan zaman ailə həyatı qurub: “Dəmiryolu işçilərinin hamısı Qazıqumlax kəndinə, Ziyanın toyuna getmişdi. Toy çox şən keçdi. İstədiyimiz qədər əyləndik, oynadıq. Toy məhlədə qurulan çadırda olmuşdu. Ziya müəllim toydan sonra həyat yoldaşı Qətibə xanımla birlikdə Biləcəridəki `Mərəzə məhəlləsi` adlanan yerdə üç ilə yaxın kirayə qaldı.

Tale elə gətirdi ki, Ziya müəllimlə yataqxanadan sonra da qonşu olduq. Ziya o vaxtlar Həmkarlar Komitəsinin sədri idi. 1981-ci ildə növbəmiz çatdı və bizə depodan ev verildi. Həmin binanın bir başında mənə, digər başında isə Ziya müəllimə ev verilmişdi. Bir otaqlı evdə Ziya, həyat yoldaşı və iki uşaqları yaşayırdı. O binada hətta `trap` yox idi, biz birlikdə ora `trap` çəkdik.

Birotaqlı evdə mənzil şəraiti çox aşağı idi. Hamam-tualet bir yerdə idi. İşdən gedib – qayıdanda dincəlmək olmurdu. Evdə iki uşaq var idi: Anar və Nigar. Onlar həmin birotaqlı evdə yaşayan zaman orta məktəbə getməyə başladılar. Ziya müəllimgil 12 ilə yaxın həmin birotaqlı evdə qaldılar. Qətibə xanım da işləmirdi.

Ziya birotaqlı evdə qaldıqları zaman Anara kiçik toy eləyəndə yer dar olduğu üçün bütün dostlarını çağıra bilməmişdi. Mərasim çox balaca olmuşdu.

Bir dəfə Ziya müəllimin qardaşının qudasının toyunda idik. Toy Müsüslü kəndində idi. Biz o vaxt Ziyadan soruşduq ki, 600- 700 manatlıq maaşı niyə qoyub, 200 manatlıq işə getdi? O, gülə-gülə bizə belə dedi: “Bir gün heç olmasa deponun rəisi olacağam”. Biz də Ziyaya inanmadıq və güldük. Çünki yataqxanada qalanların əksəriyyəti də Ziya kimi ali təhsilli idilər. Biz elə bilirdik ki, onlar yalnız təlimatçı ola bilərlər. Amma zaman keçdi, Ziya hər kəsdən fərqləndi və nazir oldu.

Nazim Abbasov deyir ki, Ziya Məmmədov xaraktercə kövrək, eyni zamanda zarafatcıl insandır. Maşinistləri görəndə indi də onlarla qucaqlaşıb-öpüşür.

Həmsöhbətimin sözlərinə görə, nazir və qardaşları valideynlərinə çox böyük hörmətlə yanaşıblar: “Qardaşlar atalarının yanında heç vaxt oturmurdular. Arzuman müəllim evdə müəllim qanunu qoymuşdu”.

Hafiz Əhmədov
Fotolar: Turan Ramazanlı

Facebook Şərhləndirmə:

“Nazirlərin gəncliyi | Ziya Məmmədov 12 il birotaqlı evdə yaşayıb – FOTOLAR” yazısına bir cavab

  1. Kohne deyir:

    Arxasini men yazim…?O hacansa yashadigi yataqxanani temir etdireydide.Anar o birotaqli evi neter yadindan cixarib.Ayi eti yeyirdi.Ziya Azerbaycan demiryolcularinin veziyyetlerini zerre qeder duzeltmeyib.daha da pis eleyib.

Şərhinizi yazın