Menu
Geri İrəli

Niyə “alo” deyirik?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

telefonla-Yalan-melumatHər gün telefonda hamımızın dəfələrlə işlətdiyimiz “Alo” sözü bilirsiniz hardan gəlir?

Gəlin bu maraqlı faktı öyrənək:

“Bu, bir qizin sevgilisi tərəfindən qisaldilmis adıdır. Sevgilisinin tam adı “Alessandra Lolita Osvald” olan bu gənc qız telefonu yaradan “Alexander Graham Bellin” sevgilisi olub. Graham Bell telefonu yaratdıqda ilk xətti sevdiyi qızın evinə çəkib. Evində telefon zəng çalanda o bilirdi ki, ona Alessandradan başqa heç kim zəng edə bilməz. Ona görə də Graham Bell telefonu götürəndə “Alessandra Lolita Oswaldo” deyirdi. Bell vaxt keçdikcə sevgilisinin adını kiçildərək telefona “Ale Lolos” deyərək cavab verməyə başlamışdı. Ancaq işləri yoğunlaşdıqca Graham Bell sevgilisinin adını daha da qısaldaraq “Alo”deyə müraciət etməyə başlayıb. Bütün qəsəbəyə yaymağa çalışdığı telefondan başqa heç nə fikirləşməyən sevgilisinin bitmək-tükənmək bilməyən kəşflərindən bezən gənc qız Graham Belli telefonu ilə tək buraxaraq onu tərk edir. Ancaq Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə telefonun yanından ayrılmırdı. Qəsəbədəki telefon xətlərinin sayı gündən-günə artmağa başlamışdı. Graham Bellə artıq qəsəbədəkilər də zəng edirdi. Amma o, telefonu hər dəfə götürəndə sevgilisinin zəng etdiyini zənn edərək “Alo” deyirdi.

O gündən sonra hamı telefona cavab verəndə Alexander Graham Bellin xatirəsinə hörmət əlaməti olaraq “Alo” deməyə başladı”. Atv.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın