Menu
Geri İrəli

Ötən ay bahalaşan məhsullar- Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2014 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur

Dövlət Statistika Komitəsi 2014-cü ilin sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, 2014-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, narın, üzümün, şabalıdın, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaronun, mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, limonun, portağalın, bananın, şaftalının, gavalının, qarpızın, yemişin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, kartofun qiymətlərində isə bahalaşma müşahidə olunub. Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın