Menu
Geri İrəli

Övladına bu adı verən 10 min dollar qazanacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2015 • Baxış sayı: 853 dəfə • Şərh yoxdur
Share Button

1350074929-512Quinoa” adlı yeməyin ismini uşağına verən ilk cütlüyə 10 min dollar hədiyyə çeki ödəniləcək

ABŞ-da yerli restoran şəbəkələrindən olan BJ’s Restaurant & Brewhouse öz menyusuna əlavə etdiyi yeməyi reklam etmək üçün maraqlı üsula əl atıb.

Sputnik Mynet-ə istinadən xəbər verir ki, yeni məhsulu tanıtmaq üçün maraqlı reklam kampaniyasına start verən restoran rəhbərliyi, “Quinoa” adlı yeməyin ismini uşağına verən ilk cütlüyə 10 min dollar hədiyyə çeki verəcəyini bildirib.

Sosial mediada da oxşar kampaniya başladan şirkət, profillərinin adını dəyişərək Quinoa qoyan istifadəçilərə 10 dollar ödəyəcək.

Sözügedən restoran şəbəkəsinin ABŞ-da 159 şöbəsi fəaliyyət göstərir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın