Menu
Geri İrəli

Övladınız “Youtube”də bu videolara baxıb intihar edə bilər – DİQQƏT!

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2017 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur
Share Button

846506Bu gün sosial şəbəkələrdə müəyyən təlimatlarla gəncləri cəmiyyətdən təcrid edən, onları ölümə aparan layihələr var. Günlərdir sosial şəbəkələrdə müzakirə mövzüsuna çevrilən “Mavi balina” oyunu da onlardan yalnız biridir.

Psixoloq Murad İsayev Metbuat.az-a açıqlmasında “Mavi balina” oyunu ilə bağlı Azərbaycanda aktivlliyin hiss olunduğunu deyir. Onun sözlərinə görə, psixoloqa müraciət edənlərin arasında övladı proqramın qurbanı olan valdieynlər də var:

“Azərbaycanda “Mavi balina” oyunu ilə bağlı intihar edənlər bu oyunu oynayanların az bir hissəsidir. Onun təsiri altına düşüb, oyunu tamamlamayan insanları da məsələyə qatsaq, gənclərin buna böyük maraq göstərdiyini müşahidə edə bilərik. Buradakı marağın altında yatan məqsəd nədir? Gənclər yeniyetməlik dövründə çox emosional olurlar, özlərini atılmış hiss edirlər. Bu fikirdə olan zaman uşaqlarda ümid yeri kimi sözügedən proqramlara meyl yaranır. Onlar ilk günlər özlərini uşaqlara xilas qapısı kimi göstərirlər. Valideynlərə deyilməyən fikirlərin onlarla məsləhət edilməsini deyir, vədlər verirlər. Bu yolla gənclərə tələ hazırlayırlar. Bütün informasiya əldə edildikdən sonra həmin şəxsi şantaj etməyə başlayırlar. Məsələn, “Sən bunu etməsən valideynlərin öləcək, xəsarət alacaq” və s.

“Youtube”yə qoyulan xüsusi videolar

Gəncləri intihara meylləndirən videolar “Youtube” portalında yerləşdirilir və burada gənclərin həmin videolara baxmamamları tapşırılır. Təbii ki, qadağan olunana gənclər maraq göstərdiyi üçün bu videolar izlənilir. Həmin videolarda özünə qəsd etməklə bağlı uşaqlara şüuraltı informasiya verilir. Burada dünyanın maraqsız olduğu, insanlığın axrının olmadığı ilə bağlı təlimatlar verilir. Gənclər həmin videolara baxdıqdan sonra tədricən depressiv vəziyyətə düşür, özlərinə qəsd edirlər. Həmin videoları savadsız adamların hazırladığını düşünmürəm. Çox güman ki, insan psixologiyasını yaxşı bilən mütəxəssislər trəfindən hazırlanır.

“Mavi balina” onlardan sadəcə biridir

İnternetdə insanları ölümə aparan, onları cəmiyyətdən uzaqlaşdırıb, özünəqapanıq birinə çevirən buna bənzər çoxlu layihələr var. “Youtube”də sublimasiya görüntüləri, “Hardrock” musiqiləri də bu siraya daxildir. Bu hadisələrlə bağlı dəfələrlə bizə müraciətlər olub. Hətta sui-qəsdə cəhd edən gənc valideyni ilə birlikdə bizə müraciət edib. Biz konsultasiyalarla problemi aradan qaldırmışıq. Təbii ki, bunlar problemin sadəcə görünən tərəfidir. Görünməyən tərəfi həmin videoların izlənmə sayıdır. “Youtube” portalında yerləşdirilən həmin videoların izlənmə sayına baxdığımız zaman böyük rəqəmlərlə qarşılaşırıq. Bu, təhlükənin böyüklüyündən xəbər verir.

Valideynlər nə etməli?

Bu məsələdə valideyn müşahidəsi önəmlidir. İntihar müəyyən bir vaxt tələb edir. Və bunu valideyn müşahidəsi nəticəsində vaxtında üzə çıxara bilər. Uşaqların internetdən məhrum edilməsini çıxış yolu kimi görmürəm. Bu məsələdə “kök”ü aradan götürmək lazımdır. Yəni, sosial şəbəkədə yayılan videoları silmək. “Kök” aradan götürülmədikcə, problemlər həllini tapmayacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın